SOCAR AQŞ “Halliburton”la birgə müəssisə yaradır
11.02.2020 [09:35]
SOCAR AQŞ “Halliburton” şirkəti ilə Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumu imzalayıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, birgə müəssisə Bakıda yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək. SOCAR AQŞ və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.
SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib: “Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcrübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan “Halliburton” şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq”.
“Halliburton”un Avropa, Avrasiya və Afrika regionu üzrə baş vitse-prezidenti Ahmed Kenavi bildirib: “İnanırıq ki, SOCAR AQŞ ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaq. Bununla yanaşı, bizim bu müəssisə ilə əməkdaşlığımız ölkənin yüksək texnoloji xidmətlərin lokalizasiyası üzrə strategiyasına dəstək verəcək”.
SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir. Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. Müəssisə, həmçinin Türkiyədə “Duz gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində qazma işlərini uğurla icra etməkdədir. SOCAR AQŞ Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

