Azərbaycan və Rusiya innovasiyalı inkişaf sahəsində əməkdaşlığı möhkəmləndirirlər
06.03.2020 [09:34]
Azərbaycan və Rusiya innovasiyalı inkişaf sahəsində əməkdaşlığı möhkəmləndirirlər.
Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu il noyabrın 20-25-də RF-yə rəsmi səfəri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunan innovasiya, rəqəmsal iqtisadiyyat və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə sazişlərin icrası məqsədilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycandan olan səlahiyyətli nümayəndə heyəti martın 3-4-də Moskvada səmərəli görüşlər keçirib.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevin ölkəmiz tərəfindən həmsədri olduğu ekspert işçi qrupunun tərkibinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi ekspertiza və monitorinq şöbələrinin rəhbərləri Məmməd Balacanov və Tural Orucov daxil idi.
Moskvaya səfər “Skolkovo” İnnovasiya Mərkəzinə ziyarətlə başlayıb. Burada nümayəndə heyətini Mərkəzin MDB ilə regional inkişaf və qarşılıqlı əlaqələr üzrə vitse-prezidentinin müavini Aleksandr Okunev qarşılayıb. A.Okunev qonaqları “Skolkovo” Texnoloji Parkı ilə tanış edib, onun fəaliyyəti barədə ətraflı söhbət açıb. Skolkovo Elm və Texnologiya İnstitutunda strateji kommunikasiyalar və ictimai əlaqələr üzrə vitse-prezident Aleksey Sitnikov qurumun yaranma tarixi və fəaliyyətindən danışıb, həmçinin institutun Azərbaycan universitetləri ilə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Nümayəndə heyətini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rəyasət Heyətinin üzvü Viktor Sadovniçi qarşılayıb. Sonra MDU-nun prorektoru, “Vorobyovı qorı” Elmi-Texnoloji İnnovasiya Mərkəzinin baş direktoru Viktor Vaypan Rusiyada buna bənzər mərkəzlərin fəaliyyətinin hüquqi nizamlanması barədə məlumat verib. D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində ali məktəbin rektoru, kimya elmləri doktoru, professor Aleksandr Majuqa tərəfindən “D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti - sərhədsiz imkanlar universiteti” və “Dolina Mendeleyeva” Elmi-Texnoloji İnnovasiya Mərkəzi - ölkənin yaşıl gələcəyi” mövzularında təqdimatlar edilib. Daha sonra elmi-tədqiqat işləri üzrə rəhbər Ruslan Səfərov nümayəndə heyətinin üzvlərini müasir avadanlıqla təchiz edilmiş yeni kimya laboratoriyaları ilə tanış edib.
İşgüzar səfərin zəngin proqramında “Kalibr” Texnoloji Parkını ziyarət də yer alıb.
Səfər birgə işçi qrupun iclası ilə başa çatıb. İclasa Rusiya tərəfdən İqtisadi İnkişaf nazirinin müavini Oksana Tarasenko rəhbərlik edib. Toplantıda səfərin yekunları barədə danışılıb, həmçinin “Yol xəritəsi” layihəsinin əsasnaməsi müzakirə edilib, qarşıya qoyulan məsələlərin icrası istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

