/ / Postpandemiya mərhələsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək qərarlar indidən qəbul edilir
Postpandemiya mərhələsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək qərarlar indidən qəbul edilir
25.06.2020 [09:41]
Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar növbəti tarixi mərhələdə ölkə iqtisadiyyatında dinamizmin təmin olunmasına və yeni iqtisadi modelin tətbiqinə real zəmin formalaşdırır
Koronavirus pandemiyasının dünya ölkələrinin həyatına gətirdiyi çətinliklərdən biri milli iqtisadiyyatlara dəyən ziyanla bağlıdır. İqtisadi aktivliyin aşağı düşməsi, mal və xidmətlərə istehlakın azalması fonunda bütövlükdə dünya iqtisadiyyatında kiçilmə müşahidə edilir. Nüfuzlu beynəlxalq reytinq təşkilatlarının dəyərləndirmələrinə əsasən qlobal və milli iqtisadiyyatlarda pandemiya səbəbindən geriləmə 2008-2009-cu illər böhranından daha ciddi xarakter alacaq. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, artıq ayrı-ayrı ölkələr pandemiya şəraitində artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bildirirlər. Verilən məlumatlara əsasən, artıq təxminən 150 dövlət kömək üçün Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Azərbaycanın adı isə bu sırada yer almır. Respublikamız pandemiya ilə mübarizə tədbirlərini həyata keçirərkən heç bir xarici ölkədən, heç bir beynəlxalq təşkilatdan yardım gözləmir, sırf öz gücünə əsaslanır.
Azərbaycan iqtisadiyyatı pandemiyadan daha az zərər çəkən ölkələr sırasında yer alır
Azərbaycanın pandemiya ilə mübarizədə kifayət qədər böyük həcmdə büdcəni daxili imkanlar hesabına qarşılaması, heç də təsadüfi deyil. Burada əsas amil qismində ölkənin güclü iqtisadi potensialı və geniş maliyyə imkanları çıxış edir. Son 16 ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə məqsədyönlü islahatların həyata keçirilməsi, qeyri-neft iqtisadiyyatının inkişafı üçün bütün şərtlərin təmin edilməsi, eyni zamanda, strateji valyuta ehtiyatlarının artırılması respublikamızı iqtisadi baxımdan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxardıb. Azərbaycan iqtidarı paralel şəkildə ölkənin strateji valyuta ehtiyatlarının artırılması qayğısına qalıb, bir qayda olaraq riskli borclanmalardan kənarda qalmağa üstünlük verib. Beləliklə, ölkəmizin güclü “təhlükəsizlik yastığı” formalaşıb və bu da pandemiya şəraitində çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
Beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə Azərbaycan pandemiyadan daha az zərər çəkən ölkələr sırasında yer alır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək. Eksperlərin bildirdiklərinə görə, Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündə yer alır.
“Moody`s” beynəlxalq reytinq agentliyinin son hesabatında da Azərbaycanda iqtisadi dayanıqlılıqla bağlı təhlillər və dəyərləndirmələr müsbətdir. Hesabatda Azərbaycan iqtisadi dayanıqlı ölkələr sırasında yer alır. Reytinq agentliyi son 3 ayda qlobal enerji bazarında müşahidə edilən mənfi proseslərə, o cümlədən də kəskin qiymət azalmalarına baxmayaraq, hazırkı dövrdə respublikamızın mənfi xarici şoklara dayanıqlılığını təminatlı kimi səciyyələndirib. “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi ölkənin valyuta rezervləri göstərir. Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, respublikamızın valyuta rezervləri dedikdə Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlar başa düşülür. Bu ehtiyatlar aşağı neft qiymətləri dönəmində məzənnə və fiskal siyasətin sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, “Moody`s” 2021-ci il üçün neft hasilatçıları və ixracatçıları ölkələri arasında müsbət profisit proqnozunu yalnız Azərbaycanla bağlı təqdim edib. Vurğulamaq yerinə düşər ki, respublikamızda 2020-ci ilin ilk beş ayının büdcə prosfisiti 1,1 milyard manat olub. Burada büdcə vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiq edilməsi, o cümlədən də vergi və gömrük orqanlarında şəffaflığın artırılması mühüm rol oynayır.
Milli iqtisadiyyatın indidən postpandemiya dövrünə hazırlanması böyük aktuallıq daşıyır
Azərbaycan iqtisadiyyatının qlobal pandemiyanın və aşağı neft qiymətləri dövrünün mənfi təsuirlərinə daha az məruz qalması ilk növbədə o amillə şərtlənir ki, respublikamızda vaxtında vəziyyət dəyərləndirilərək zəruri antiböhran tədbirləri görülüb. Xəbər verildiyi kimi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli müvafiq Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Nazirlər Kabineti ayrıca sərəncam imzalayıb. Tədbirlər Planı üç - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyi istiqamətlərini əhatə edir. Eyni zamanda, respublikamızın pandemiya ilə mübarizə büdcəsi kifayət qədər böyükdür. Bu məqsədlə təxminən 3,5 milyard manat ayrılıb, eyni zamanda manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə olunub. Postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürüb.
Ekspertlərin bildirdiklərinə görə, pandemiya şəraitində milli iqtisadiyyatlarda müşahidə edilən geriləmə sonrakı mərhələdə aktivliyin artması ilə əvəzlənəcək. Milli iqtisadiyyatımızın indidən postpandemiya dövrünə hazırlanması böyük aktuallıq daşıyır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə hazırlanaraq uğurla həyata keçirilən dəstək proqramları da ilk növbədə pandemiya şəraitində iş yerlərinin qorunmasına, iqtisadiyyatın funksionallığının təmin olunmasına və postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına hesablanıb.
Azərbaycanın transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük önəm verməsi də postpandemiya dövrünə hazırlıq kontekstində dəyərləndirilməlidir. Məlum olduğu kimi, pandemiya şəraitində Azərbaycan Prezidenti ilə Dünya Bankının, Asiya İnkişaf Bankının, “Signify” “Microsoft” və digər şirkətlərin rəhbər heyətlərinin nümayəndələri arasında videobağlantı formatında görüşləri keçirilib. Bəhs olunan tədbirlərdə ölkəmizdə bir sıra mühüm layihələrin icrası ilə bağlı müzakirələr aparılıb və razılıq əldə edilib. Bəhs olunan transmilli şirkətlərin Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri respublikamızdakı əlverişli investisiya mühiti və ölkəmizin iqtisadi potensialının kifayət qədər böyük olması ilə bağlıdır. Eyni zamanda, Azərbaycanın sənayeləşmə sahəsində qazandığ uğurlar beynəlxalq səviyyədə böyük maraqla izlənilir. Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Beləliklə, postpandemiya mərhələsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək qərarlar indidən qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar növbəti tarixi mərhələdə ölkə iqtisadiyyatında dinamizmin təmin olunmasına və yeni iqtisadi modelin tətbiqinə real zəmin formalaşdırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

