İordaniya mediasında Azərbaycan iqtisadiyyatı ilə bağlı məlumat dərc edilib
02.09.2020 [08:53]
Avqustun 30-31-də İordaniya Haşimilər Krallığının “Petra” Dövlət İnformasiya Agentliyində, eləcə də geniş oxuyucu auditoriyasına malik “əd-Dustur”, “əl-Ğad” hökumət qəzetlərində və “www.orobanews.com”, “www.nayrouz.com”, “www.hala.jo”, “www.alanbatnews.net”, “www.assabeel.net”, “www.johinanews.com” xəbər portallarında səfirliyin “Azərbaycan və İqtisadiyyat... Avrasiya regionunda strateji logistik ticarət mərkəzi - Ələt Azad İqtisadi Zonası” başlıqlı məlumatı dərc edilib.
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatda ölkəmizin 2009-2019-cu illərdə biznes islahatçıları arasında lider ölkə kimi seçildiyi, milli iqtisadiyyatımızın 2005-ci ildən bəri davamlı yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi qeyd edilir, Ümumdünya İqtisadi Forumunun “2019 Qlobal Rəqabətlilik Hesabatı”na və “Doing Business” jurnalının hesabatına nəzər salınır.
Sosial və siyasi sabitliyin hökm sürdüyü Azərbaycanın Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi tanındığı, həyata keçirilməkdə olan güclü iqtisadi islahatlar çərçivəsində yaradılan müasir infrastrukturun iqtisadi fəallığın artmasına xidmət etdiyi, dayanıqlı iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradıldığı məlumatda öz əksini tapır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörənliyi nəticəsində enerji, nəqliyyat və logistika infrastrukturu sahəsində dünya səviyyəli işgüzar mühitin formalaşdırıldığı və qeyri-neft sektorunun milli iqtisadiyyatdakı payının artırılması üçün zəmin yaradıldığı əks edilir.
Ardınca məlumatda 2020-ci il mayın 22-də dövlətimizin başçısının Ələt Azad İqtisadi Zonanın (AFEZ) yaradılması və fəaliyyətinin təşkili haqqında Fərman imzaladığı barədə məlumat verilərək, bu mühüm addımın Azərbaycanın gələcəkdə ticarət və investisiya məkanına çevrilməsi mərhələsinin təməlini qoyduğu, xarici investorlar üçün lazımi şəraitin yaradıldığı qabardılır, strateji mövqeyi baxımından, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanında AFEZ-in yaradılması ilə ölkəmizin investisiya mərkəzinə çevriləcəyinə, həmçinin Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində rəqabətədavamlılığın artacağına diqqət yetirilir.
Sonra AFEZ haqqında ətraflı bilgilər təqdim edildiyi zaman orada növbəti 3 il ərzində bütün zəruri infrastrukturun tam olaraq qurulacağı barədə oxucu kütləsi məlumatlandırılır.
Məlumatda, eyni zamanda, neft-qaz sektorunda xarici investorlara dövlətimiz tərəfindən verilən vədlərin bütünlüklə yerinə yetirildiyi və bu sahədə güclü hüquqi bazanın mövcud olduğu vurğulanaraq, belə yanaşmanın qeyri-neft sektorunda da tətbiq edildiyi qabardılır.
Daha sonra iqtisadi və turizm sahəsində Azərbaycan və İordaniya arasında əməkdaşlıq əlaqələri üzərində ətraflı dayanılır. Qeyd edilir ki, ölkəmiz İordaniya ilə iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir. 2019-cu ilin dekabrında Kral II Abdullahın Bakıya rəsmi səfəri çərçivəsində hər iki ölkə liderləri tərəfindən iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsinin önəmi vurğulanıb. Məlumatda ölkələrimiz arasında yüksək səviyyəli siyasi və dostluq əlaqələrinin mövcudluğunun, eləcə də qarşılıqlı səfərlərin iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə edilir. Həmçinin 2020-ci ilin payız aylarında keçirilməsi nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın növbəti 4-cü iclasının iqtisadi-ticari əhəmiyyətinə toxunulur.
Yekunda “Jordan Exports” şirkətinin təşəbbüsü ilə cari il avqustun 17-də səfir Rasim Rzayevin bu şirkətin sədri, İordaniya Senatının üzvü, Əmman Ticarət Palatasının idarə heyətinin sabiq sədri İsa Muradla görüşündən söhbət açılır, tərəflərin ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr apardıqları oxucuların nəzərinə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

