Cavanşir Paşazadə: Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu geniş vüsət alıb
22.09.2020 [08:48]
“Müasirləşməni starteji hədəf kimi müəyyənləşdirən Azərbaycanda son illərdə innovativ əsaslı sənaye quruculuğu geniş vüsət alıb. Hazırda sənayeləşmə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir”.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, respublikamızın sənaye xəritəsi həm paytaxt Bakıda, həm də digər şəhərlərdə və bölgələrdə yaradılan müəssisələr hesabına zənginləşir. Bütövlükdə, respublika üzrə dörd sənaye mərkəzinin yaradılması istiqamətində intensiv iş aparılır. O cümlədən artıq regionlarda bir neçə sənaye məhəlləsi yaradılıb və onlar uğurla fəaliyyət göstərirlər.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda yeni sənayeləşmə siyasətində dünyanın qabaqcıl ölkələrinin müsbət təcrübəsinə istinad edilir: “Belə ki, yeni istehsal müəssisələri bir qayda olaraq ən yüksək standartlar, müasir yanaşmalar və çağırışlar nəzərə almaqla yaradılır. Sumqayıt Kimya Sənaye Parkı deyilənlərə yaxşı nümunədir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində dövlətimizin başçısı bildirib ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Qeyd edim ki, Azərbaycandakı müasir sənaye quruculuğu beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Bunun təsdiqi olaraq xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin yanvar ayında Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına növbəti səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir”.
Deputat onu da söyləyib ki, son illərdə Sumqayıtın iqtisadi potensialının əhəmiyyətli dərəcədə artması ölkəmizdə aparılan sənayeləşmə siyasətinin yaxşı nəticələrə gətirib çıxardığını təsdiqləyir. Belə ki, hazırda Sumqayıt məhz müasir sənaye şəhəri kimi inkişaf etdirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

