Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib
29.04.2021 [08:56]
Aprelin 27-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Komissiyanın həmsədrləri iclasda çıxış edərək Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildiriblər.
İkitərəfli əlaqələrin pandemiya şəraitində də davamlı inkişafını təmin etmək məqsədilə əsas diqqətin 2024-cü ilə qədər Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas sahələrinin inkişafı Planının həyata keçirilməsinə yönəldilməsi xüsusi vurğulanıb.
Ölkələrimiz arasında ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələri əhatə edən altı Yol Xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi bildirilib.
Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2 faiz artdığı məmnunluqla qeyd edilib. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulanıb.
Tərəflər qarşılıqlı sərmayələrin həcmindən məmnunluq ifadə edərək investisiyaların artırılması üçün geniş imkanların olduğunu bildirdilər. Uğurla həyata keçirilən müştərək investisiya layihələrinin vacibliyi qeyd edilib.
Məmnunluqla bildirilib ki, pandemiyaya baxmayaraq, ötən ildə Azərbaycan ilə Rusiya arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsində 6 faizlik artım qeydə alınıb. Ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidinin şaxələndirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə mövcud hüquqi bazanın möhkəmləndirilməsinin önəmi qeyd olunub.
Azərbaycan ilə Rusiya arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, cari ilin birinci rübündə dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 faizdən çox, avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi isə 11 faizdən çox artıb. Eyni zamanda, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, “Şimal-Cənub” dəhlizinin fasiləsiz fəaliyyəti üçün göstərilən birgə səylərin önəmi vurğulanıb. Bunun nəticəsində ötən ildə dəhliz üzrə daşınan yüklərin həcminin 2019-cu illə müqayisədə 15 faizdən çox olduğu qeyd edilib. Dəmir yolu ilə yükdaşımaların həcmində 23 faizdən çox, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 14 faizə yaxın artım olub. Eyni zamanda, cari ilin birinci rübündə dəhliz üzrə daşınan yüklərin həcmində 23,5 faizlik artım qeydə alınıb.
Həmçinin 2020-ci ildə “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 11 faiz artdığı məmnunluqla qeyd edilib.
Hər iki ölkə ərazisində müvafiq yol infrastrukturunun yaxşılaşdırılması və Azərbaycan-Rusiya dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin sinxronlaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.
İclas zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Hər iki tərəf Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsinə, qarşılıqlı faydalı layihələrin davam etdirilməsinə xüsusi önəm verdiyini ifadə edib.
Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edildi, həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Yekun olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının nəticələrinə dair Protokol imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

