İran-Ermənistan cütlüyünün “alternativ yol” sevdası...
16.10.2021 [10:00]
Bu yolla hansı ölkənin malları daşınacaq?
Min bir cəhdlə “Zəngəzur dəhlizi” layihəsinə mane olmağa çalışan İran-Ermənistan cütlüyü indi də “alternativ yol” eşqinə düşüblər. Belə ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, tezliklə İranla yeni nəqliyyat dəhlizinin açılması ilə bağlı müqavilə imzalayacaqlarına ümid edir. İranın “Zəngəzur dəhlizi” layihəsinə rəqib kimi meydana sürdüyü və şərti olaraq Qafqaz dəhlizi adlandırılan bu yolun Ermənistan və Gürcüstan üzərindən keçməsi planlaşdırılır. Amma bu layihənin heç bir perspektivə malik olmadığı ilk baxışdan ortadadır. Bu “layihə” iqtisadi rentabellik daşımır, təhlükəsizliyinə təminatı da yoxdur, beynəlxalq status qazanmaq imkanında da deyil. Bu xətt sadəcə, Azərbaycanın regional inkişafa xidmət edən fəaliyyətinə maneə törətmək məqsədi daşıyır. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən ekspertlər də vurğulayırlar ki, Ermənistan XİN rəhbərinin “yeni dəhliz” manipulyasiyası “Zəngəzur dəhlizi” layihəsindən daha çox pay almaq niyyətindən qaynaqlanır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev İran, Ermənistan və Gürcüstan vasitəsilə Avropaya yeni bir “dəhliz”in yaradılmasına skeptik yanaşır. 44 günlük Vətən müharibəsindən sonra aktuallaşan Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdıran millət vəkili vurğulayıb ki, bu logistik arteriya Naxçıvan üzərindən Azərbaycanla Türkiyəni əlaqələndirməklə yanaşı, Şərq-Qərb tranzit marşrutunun mühüm həlqəsinə çevriləcək. Onun sözlərinə görə, Rusiyanın, Çinin, Böyük Britaniyanın bu dəhlizə marağı onun miqyasını göstərir: “Azərbaycan hər zaman bu tipli layihələrin təşəbbüskarı kimi çıxış edib. Bakı-Tbilisi-Qars dəmiryolu xətti də demək olar ki, dəhliz xarakterlidir. İranla Ermənistan isə Gürcüstan üzərindən, dolayısı ilə Qara Dəniz vasitəsilə Avropaya çıxmaq “istəyir”. Amma həmin yolun keçəcəyi coğrafiyanın relyefi buna imkan vermir. Eləcə də, bu xərci qarşılayacaq maliyyə mənbələri də yoxdur. Ən əsası isə həmin “dəhliz”lə hansı ölkələrin yüklərini daşıyacaqlar? Bu, ən vacib şərtdir. Əgər İran bu yolla öz məhsullarına ixrac zolağı yaratmaq fikrindədirsə, onun mallarına Avropada tələbat yox səviyyəsindədir. Qonşu Gürcüstan da İran məhsullarına maraqlı görünmür. Bu baxımdan, Ermənistan XİN rəhbərinin səsləndirdiyi “ideya” daha çox ideoloji, təbliğati xarakter daşıyır”.
E.Allahverdiyev onu da vurğulayıb ki, region ölkələrinin, eləcə də Çinin və digər Asiya dövlətlərinin hazır tranzit xəttə alternativ kimi qələmə verilən bu “yola” müraciət etməsi də inandırıcı görünmür. İranla münasibətləri gərgin olan Qərb dünyası da bu layihəyə nə maddi, nə də tərəfdaş dəstəyi verməyəcək. Millət vəkili bildirib ki, hətta Ermənistanın müttəfiqi sayılan Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Bu ideyaya Hindistandan başqa heç kim reaksiya verməyib. Bu ölkənin də məqsədi bəllidir - Pakistan Azərbaycanla dostdursa, biz də Ermənistanla dost olarıq. Bu baxımdan, məsələ sırf təbliğat xarakteri daşıyır və heç bir iqtisadi təməli yoxdur”.
Yeni Azərbaycan Parityası İdarə Heyətinin üzvü Ramiz Hüseynov bildirib ki, postmüharibə dövrünün əsas müzakirə predmetlərindən olan “Zəngəzur dəhlizi” layihəsinin real əməli və nəzəri əsaslandırmaları mövcuddur. Onun fikrincə, bu layihəyə alternativ yoxdur. YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın cəmisi bir il ərzində Zəngəzur dəhlizinin reallaşdırılması üçün gördüyü işlər bunu deməyə əsas verir: “Şərti olaraq “Qafqaz yolu” adlanan bu ideya növbəti İran-Ermənistan oyunudur. Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində mühüm işlər görür. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Qarabağın digər ərazilərində də yeni aeroportların yaradılması “Zəngəzur dəhlizi” layihəsinin gerçəkləşməsi istiqamətində əsaslı addımlar kimi qiymətləndirilməlidir. Azərbaycan bu marşrut vasitəsilə öz yüklərini daşıyacaq dövlətlərə fərqli kommunikasiyalardan istifadə imkanı yaradıb. Bu layihələr yükdaşıma ilə yanaşı, sərnişindaşımanın da rentabelliyini dəstəkləyir. Digər tərəfdən, hazırkı siyasi situasiya da “Zəngəzur dəhlizi” layihəsinin zəruriliyini ortaya qoyur. O baxımdan ki, Naxçıvan vasitəsilə Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu yolun əsas istifadəçiləri bizim yaxın müttəfiqlərimiz, türkdilli dövlətlərdir. Gürcüstanın da bu məsələyə isti münasibət bəsləyəcəyinə ümid etmirəm. Çünki bu ölkənin Azərbaycan və Türkiyə ilə mühüm birgə əməkdaşlıqları var. Bu baxımdan, Ermənistan ilə İranın müştərək manipulyasiyası olan bu “yol ideyası” heç bir nəticə verməyəcək”.
P.İsmayılov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28

