Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad ediləcək

Elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad ediləcək

11.11.2021 [16:30]

Azərbaycanda gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad ediləcək.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Deputatın elektrik avtomobillərinin idxalına güzəştlərin tətbiqi barədə təklifinə münasibət bildirən nazir müavini bildirib ki, 2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı ƏDV-dən azaddır.

“Elektrik mühərrikli avtomobillərin ölkə daxilində satışı da gələn ildən ƏDV-dən azad ediləcək. Həmçinin, onların doldurulma məntəqələri də ƏDV-dən azad ediləcək” - deyə, S.Ələkbərov qeyd edib.

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30