2 milyard avro hansı layihələrə yönəldiləcək?
10.02.2022 [22:49]
Mübariz ABDULLAYEV
Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində intensivlik əhəmiyyətli dərəcədə artıb. Fevralın 4-də Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında aparılan müzakirələr, Aİ-nin yüksəksəviyyəli rəsmilərinin respublikamıza səfərləri ondan xəbər verir ki, “qoca qitə” Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir.
Azərbaycanın ən böyük ticarət tərəfdaşı
Respublikamızla Avropa İttifaqı ölkələrinin ticarət tərəfdaşlığı getdikcə genişlənir. İndiyədək Azərbaycan Aİ-nin 9 dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Hazırda Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz ixracatının təxminən 55 faizini, idxalının 20 faizini Avropa İttifaqı ilə aparır. Beləliklə, Aİ-Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 40 faiz səviyyəsindədir.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ötən il respublikamızdan Avropa İttifaqına 8 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Cari ildə bu rəqəmi 10 milyard, 2023-cü ildə isə 11 milyard kubmetrə çatdırmaq hədəflənib.
Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi səbəbindən “qoca qitə” “mavi yanacaq” təhdidləri ilə üz-üzə qala bilər. Məsələ burasındadır ki, hazırda Avropanın qaza olan tələbatının 40 faizi Rusiyadan idxal hesabına ödənilir. Rusiyadan qaz asılılığı olan Avropa Ukraynaya dəstək ifadə edir. “Qoca qitə”, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini gündəmə gətirib. Hadisələrin bu cür inkişafı fonunda Avropanın Rusiyadan cavab zərbələri alması ehtimalı kifayət qədər yüksəkdir. Bəs Rusiyadan gələn qaz həcmi azalacağı və yaxud təchizat dayandırılacağı təqdirdə, Avropa nə edəcək? Avropanın “B” planında alternativ mənbələrdən və marşrutlardan istifadə edilməsi yer alır. Avropa etibarlı mənbə kimi Azərbaycana daha çox ümid bəsləyir. Öz növbəsində, respublikamız da Avropanın ümidlərini doğrultmağa qadirdir. Azərbaycan yeni yataqların istismara hazırlanması hesabına Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə artıra bilər.
Aİ-dən Azərbaycana dəstək
Məlum olduğu kimi, bir qədər bundan əvvəl Avropa İttifaqı Ermənistana Azərbaycanla müqayisədə daha böyük həcmdə maliyyə yardımı ayıracağını bildirmişdi. Bu, respublikamızda haqlı olaraq narazılıqla qarşılandı. Prezident İlham Əliyev əsaslandırdı ki, bu cür ayrı-seçkiliyin məntiqi izahı yoxdur. Görünən odur ki, Azərbaycan Prezidentinin tənqidləri Avropa İttifaqında Ermənistana açıq-aşkar lobbiçilik edən qüvvələrin mövqeyinə ciddi zərbə vurub. Bir daha anlayıblar ki, Azərbaycan “qoca qitə” üçün vacib tərəfdaşdır. Ermənistanın Avropa ilə yaxınlaşması cəhdinin arxasında Aİ-dən daha çox həcmlərdə maliyyə vəsaiti qoparmaq istəyi dayanır. Azərbaycanın niyyəti isə Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdir. Azərbaycan Prezidenti heç vaxt kiminsə ünvanına əsassız tənqidləri dilə gətirmir, lazım olan məqamda öz sözünü deyir. Avropa İttifaqı da Azərbaycan Prezidentinin haqlı iradlarından düzgün nəticə çıxarıb.
Beləliklə, Aİ Azərbaycana münasibətdə yeni iqtisadi sərmayə planını bəyan edib. Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi Bakıda keçirdiyi görüşlərdə Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib. Aİ-nin rəsmisi qeyd edib ki, iqtisadi sərmayə planı çərçivəsində qurum tərəfindən Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşdırılması nəzərdən keçirilir.
Yeni iqtisadi sərmayə planı
Hər iki tərəfin niyyəti ondan ibarətdir ki, münasibətlər enerji sektorundan kənarda da yüksək intensivliklə inkişaf etsin. O cümlədən Avropa İttifaqının bəyan etdiyi 2 milyard avro həcmində yeni iqtisadi sərmayə planının enerji sektorundan kənarda reallaşdırılması nəzərdə tutulub. Bu barədə məlumat verən qurumun rəsmisi O.Varhelyi deyib ki, Azərbaycanda bu vəsaitlə bağlı xalqın investisiyalardan birbaşa bəhrələnə biləcəyi layihələri müzakirə ediblər. Birgə gələcək əməkdaşlığa suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar, biznesə, habelə tədqiqat və inkişafa dəstək kimi layihələr daxildir.
İndiyədək Aİ respublikamızda enerji sektorundan kənar istiqamətlərdə bir sıra fəaliyyətlər həyata keçirib. Məsələn, Aİ “Azərbaycanda KOB-ların rəqəmsallaşmasının təşviqi” layihəsinə maliyyə dəstəyi göstərib. Belə bir layihənin icrasında məqsəd Azərbaycanda KOB-ların rəqəmsal transformasiyasını təşviq etməkdir. Layihənin yekununda OECD ölkələrinin təcrübəsi nəzərə alınmaqla Azərbaycan üzrə görüləcək tədbirlərə dair tövsiyələr hazırlanacaq. Bəhs olunan sərmayə planı çərçivəsində ölkə üzrə KOB subyektlərinin dəstəklənməsi davam etdiriləcək. Avropa Yenidənqurma və İnkişaf Bankı aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün 12 milyon avro vəsait ayırmağı planlaşdırır.
Xəbər lenti
Hamısına baxAnalitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

