Təklif tələbi üstələyir - valyuta hərraclarında
29.03.2022 [10:51]
Mübariz ABDULLAYEV
Azərbaycanda milli iqtisadiyyatın postpandemiya dövrünə hazırlanması məqsədilə görülən islahat xarakterli tədbirlər öz müsbət nəticələrini verir. Hazırda respublikamız bütün dünya üzrə pandemiyanın mənfi təsirlərini effektiv şəkildə aradan qaldıran və inkişafa istiqamətlənən ölkələr sırasında yer alır. 2021-ci il milli iqtisadiyyatımızda bərpa ili oldu. 2022-ci ilin əvvəlindən isə bu müsbət tendensiya daha da intensivləşib.
İqtisadi fəallıqda yüksək dinamika
Cari ilin əvvəlindən bütün ölkə üzrə iqtisadi fəallıqda yüksək dinamikanın müşahidə edilməsi milli iqtisadiyyatımızda pandemiyadan sonrakı mərhələdə reabilitasiya proseslərinin uğurla getdiyini təsdiqləyir. Məlum olduğu kimi, hazırda qlobal iqtisadiyyat geosiyası və geoiqtisadi risklərin təzyiqi altındadır. Ayrı-ayrı reytinq agentliklərinin dəyərləndirmələrinə görə, beynəlxalq logistika-təchizat zəncirindəki problemlər, hesablaşmalarda yaranan çətinliklər, qeyri-müəyyənliklərin kəskin artımı qlobal istehsalın azalması və xərclərin artmasını sürətləndirir.
Belə bir şəraitdə Azərbaycan öz potensialına əsaslanmaqla çevik siyasət həyata keçirərək xarici mənfi şokları əhəmiyyətli dərəcədə önləməyə nail olur. Bunu ölkə üzrə iqtisadi fəallığın artması əyani şəkildə təsdiqləyir. Respublikamızda 2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6.7%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artıb. Qeyri-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınıb. O cümlədən iqtisadi artım qeyri-neft sənayesində 19.8%, kənd təsərrüfatında 3.1%, tikintidə 6.5% olub. Məcmu tələbdə 2021-ci ildən başlanan genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsi 3%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5% artıb. Bəhs olunan dövrdə qeyri-neft investisiyalarının artımı 12.1% təşkil edib. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, qurum tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri əsasında hesablanan qabaqlayıcı indikatorlar iqtisadi aktivliyin qorunacağı gözləntilərini əks etdirir.
Valyuta artımı
Respublikamızda iqtisadi fəallığın yüksəlməsi fonunda strateji valyuta ehtiyatları da artır. 2022-ci ilin 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0.4% və ya 195 mln. ABŞ dolları artaraq 53.4 mlrd. ABŞ dollarını üstələyib. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 7.2 mlrd. ABŞ dollarına yaxınlaşıb.
İndiki mərhələdə ölkənin gəlirlərinin artması manatın kursunun sabit qalmasını və hərraclarda valyutaya tələbatın tam ödənilməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Hazırda Azərbaycanda valyuta qıtlığı yaşanmır. Eyni zamanda, manat bir sıra ölkələrin valyutaları ilə müqayisədə getdikcə daha da möhkəmlənir. Bütün bu kimi proseslər milli valyutamıza inamı daha da artırır. 2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artıb. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3.8%) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir. Mərkəzi Bankdan qəzetimizə verilən məlumatda vurğulanır: “Qlobal mühitdəki şok dəyişikliklərə baxmayaraq, manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin valyuta bazarında tarazlıq şəraitində formalaşması inflyasiya gözləntilərinə də azaldıcı təsir göstərir. Valyuta bazarında tarazlığın əsasında profisitli tədiyə balansı, qəbul edilmiş makroiqtisadi çərçivə və adekvat monetar şəraitin mövcudluğu dayanır. Fevral və mart aylarında Mərkəzi Bankda keçirilən bütün valyuta hərraclarında təklif tələbi üstələmişdir”.
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58

