Siyasi mədəniyyət hüquqi dövlətə yol açır!
18.04.2024 [10:38]
Azərbaycan bu sahədə ciddi uğurlara imza atıb...
Yeganə BAYRAMOVA
Müasir dünyanın ən aktual problemlərindən biri insan hüquqlarıdır. Bu ideyanın tarixi kökləri təxminən eramızdan əvvəl 6-5-ci əsrlərə gedib çıxır. İlk olaraq o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlayıb. Bu fikirlər həmin dövrlərdə insan hüquqları adlanmasa da, mahiyyət etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri sayıla bilər. Müəyyən zaman keçdikdən sonra, cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda mübarizə aparmağa başladılar. Məsələn, 1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan “Böyük Azadlıqlar Xartiyası”nın (Maqna Carta)” qəbul olunması da bu mübarizənin nəticəsidir ki, bu gün də öz əhəmiyyətini itirməyib. Həmin sənədin ən böyük əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq, kral öz hakimiyyətini feodalların xeyrinə məhdudlaşdırmışdı.
Məlum məsələdir ki, 20-ci əsin ortalarına kimi insan hüquqlarını bütün dünya ölkələri qəbul etmirdi. Bu yolda ilk addım BMT tərəfindən atıldı. Belə ki, 1948-ci il aprelin 10-da BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamədə göstərilirdi ki, irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir.
Azərbaycanın 1995-ci ildə qəbul olunmus Konstitusiyası insan haqları ilə bağlı bütün beynəlxalq sənədlərdə öz əksini tapan normaları özündə cəmləşdirib. Hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün ən mühüm vəzifələrindən biri elan edən Azərbaycan Respublikası Konstitusiyanı qəbul etməklə bu sahədə mühüm addım atmış oldu. Konstitusiyanın həcmcə ən böyük bölməsi də məhz əsas hüquq, azadlıq və vəzifələrə həsr olunub.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən hüquqşünas Nadir Məmmədov bildirib ki, qanunun aliliyi qorunan hər bir dövlətdə özbaşınalıqlara yol verilə bilməz. Onun sözlərinə görə, hüquqi dövlət quruculuğunda ciddi uğurlar qazanmış Azərbaycan Respublikasında da qanunun aliliyi hər şeydən üstündür: “Konstitusiyamızın 7-ci maddəsində göstərilir ki, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə dövlət hakimiyyət orqanları yalnız öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərirlər. Bu çərçivə isə qanunlardır”.
Hüquqşünasın qənaətincə, qanuna riayət olunmasına nəzarət etmək üçün effektiv bir sistemin olması da vacib şərtdir: “Bu funksiyanı xüsusi olaraq yaradılmış müstəqil məhkəmələr yerinə yetirməlidir. Demokratik dövlətlərdə vətəndaşlar birbaşa olaraq qanuna tabe olurlar. Qanunçuluq prinsipi isə hələ demokratiya demək deyil. Çünki qanunçuluq yalnız o həyata keçiriləndə effektiv olur”.
Hüquqşünasın sözlərinə görə, müasir dövrümüzdə insan hüquqlarının təminatı səviyyəsi hər hansı ölkədə demokratik dəyərlərə necə əməl olunmasından asılı olur: “Hələ 19-cu əsrdə Kant deyirdi ki, insan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyil. Onun fikrincə, cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır. Yəni insan hüquqlarının təmin olunması və insanların xoşbəxtliyi dövlətin və cəmiyyəti? başlıca məqsədi olmalıdır. BMT-nin Nizamnaməsində də bu ideya öz əksini tapıb.
Ümumiyyətlə, insan hüquqları insanların hər hansı bir dövlətə mənsub olub-olmamasından asılı olmayaraq, bütün şəxslərə məxsusdur. Bu hüquqlar insanın məhz şüura, təfəkkürə malik ali varlıq olmasından irəli gəlir”.
N.Məmmədov qeyd edib ki, hüquq mədəniyyəti dövlətin əxlaq prinsipi kimi hüquqi dövlətin formalaşması üçün vacibdir: “Hüquqi dövlət rejimi insanın ali əxlaqi dəyərlərini təsdiq, ictimai həyatda onların müəyyənedici rolunu təmin etməklə bərabər, şəxsiyyət üzərində zülm və zorakılığı inkar edir. Hüquqi dövlətin qurulması üçün cəmiyyətdə insanların bir-birinə və dövlət orqanlarına qarşılıqlı hörmət və inamı olmalıdır. Mədəniyyətin yüksək səviyyəsi cəmiyyətin hüquqi inkişafına və hüquqi dövlətə yol açır. Kütləvi və fərdi mədəniyyət inkişaf etməyən cəmiyyətdə hüquqi islahatlar da mümkünsüzdür. Belə cəmiyyətlər uğursuzluğa məhkumdur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05

