Vətəndaş cəmiyyətin inkişafı...
11.05.2024 [10:43]
Hər ölkənin tərəqqisi üçün vacib şərtdir!
Y.SAHİB
Cəmiyyətimizin hazırki inkişaf mərhələsində ictimai həyatın bütün sferalarında baş verən köklü dəyişikliklər onların siyasi praktikada nəzərə alınmasını tələb edir. Yeni demokratik siyasi sistemin formalaşmasında milli prioritetlərin reallaşdırılması siyasi institutların, xüsusilə, vətəndaş cəmiyyətinin maraq və təlabatının rasional və optimal həyata keçirilməsi sosial siyasətin əsas yönümlərindən birinə çevrilir. Demokratik rejimin ən əhəmiyyətli təminatı, şərti və eləcə də nəticəsi vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qurulmasıdır.
Hüquqi dövlət anlayışı və vətəndaş cəmiyyəti bir çox birləşdirici və hər ikisinin ümumi prinsiplərinə malikdir. Bu göstəricilər də əsasən hamı üçün çox önəmli əsasları özündə birləşdirir. Bütün bunlar həm qlobal, həm də milli və regional ölçülərdə vətəndaş cəmiyyətinin öyrənilməsini tələb edir, eləcə də dövlətin bu institutlarla bağlı siyasətinin, onun formalaşmasının və həyata keçirilməsi mexaizmlərinin kompleks olaraq cəm şəkildə araşdırılmasını aktuallaşdırır. Azərbaycanda vətəndaş cəmiyyətinin təkmilləşməsi özünəməxsus fərqləndirici xüsusiyyətlər daşıyır. Bu təkmilləşmə prosesində nə qədər Qərbin beynəlxalq modeli əsas götürülsə də, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda respublikamızın milli spesifikası da özünü göstərir...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, vətəndaş cəmiyyəti özünüidarə və özünütənzimləmə mexanizminə malik olan, mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan qeyri-siyasi ictimai birlikdir: “Hazırkı qloballaşan dünyada baş verən müxtəlif hadisələrin dünya siyasətinin əsas gündəliyinə çıxarılmasında, bu hadisələrin təkmilləşməsində və onlar ətrafında ictimai fikrin yaradılmasında vətəndaş cəmiyyətinin təsir gücünün müəyyənləşdirilməsi gün keçdikcə aktuallıq kəsb edir. Demokratik cəmiyyətdə başlıca siyasi institut olmaq etibarilə dövlətlə vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətinin tənzimlənməsi məsələsinin sistemli, kompleks öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyətinin konseptual səviyyədə müəyyənləşdirilməsi, onun hüquqi bazasının yaradılması həyati zərurətdir. Fərqli coğrafiyalarda vətəndaş cəmiyyəti institutlarının fərqli modelləri, qanunvericilik prosesi, onların bu prosesin subyektinə çevrilməsini şərtləndirən səbəb və amillər vətəndaş cəmiyyətini təşkil edən qrupların maraqlarının təşəkkülü mənbəyini üzə çıxarır. Siyasi institutların vətəndaş cəmiyyəti ilə əlaqəsi və qarşılıqlı münasibəti mövcud problemin elmi əsaslarla öyrənilməsinə ciddi tələbat yaradır”.
Hüquq müdafiəçisi bildirib ki, müasir dövrün ictimai təsisatları olaraq, qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə harmonik və sabit inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayırlar: “Ümummilli lider Heydər Əliyev bildirmişdi ki, əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirlərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi kimi, qeyri-hökumət təşkilatları üçüncü sektorun, ümumilikdə, cəmiyyətin sosial-iqtsiadi inkişafının ən müxtəlif istiqamətlərinə, sülh və təhlükəsizliyin, dinc birgəyaşayışın təmin olunmasına, bəşəriyyəti narahat edən problemlərin həllinə böyük töhfə verirlər.
Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq fəlsəfəsi milli dövlətçilik ideyamızın əsasını özündə cəmləyib, bu sahədə qanunlar hazırlanıb, hüquqi islahatlar həyata keçirilib. Heydər Əliyevin bu sahədə gördüyü arasıkəsilməz işlərin nəticəsində dövlətimiz üçün çox uzun zamandır ciddi məsələ olaraq gündəmə gələn milli dövlətçilik problemi elmdən çıxaraq praktik olaraq həyata keçirilməyə başladı. Sözsüz ki, cəmiyyətin tələbatını ödəyən siyasi quruluşu, tam formalaşmış ictimai-siyasi institutları olan güclü dövlətdə vətəndaşların rifahının, hüquq və azadlıqlarının təmin olunması mümkündür. Bütün bunları gözü qarşısına alan
Heydər Əliyev dövlət quruculuğunun özəyində duran ictimai-siyasi instituta böyük diqqət yetirirdi. Xüsusilə də 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hamılıqla səs verərək qəbul edilməsinin ən mühüm xüsusiyyətlərindən biri də respublikamızda demokratik dövlət və vətəndaş cəmiyyəti formalaşdırılmasının prioritet olaraq vacib sahəyə çevrilməsidir”.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycanda yeni, dinamik, iqtisadi və demokratik siyasi sistemin formalaşması, qloballaşma dövrünün tələblərinə cavab verən iqtisadi və siyasi xəttin işlənib hazırlanması və həyata keçirilməsi, sivil cəmiyyət quruculuğu istiqamətində uğurlu cəhdlər respublikamızın sabit, davamlı inkişafına, mənəvi dəyərlərin zənginləşməsinə, vətəndaş həmrəyliyinə əlverişli şərait yaradıb: “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı prosesi əlverişli şəraitdə təzahür edir. Cəmiyyətimizdə ictimai həyatın bütün sferaları transformasiyaya məruz qalır, bu qanunauyğun prosesdə köhnə sosial və siyasi təsisatlar yeniləri ilə əvəzlənir. Belə dəyişiklikdən kənarda vətəndaş cəmiyyətinin formalaşması, yeni pozitiv sosial-siyasi dəyişikliklər prosesinin uğurla, səmərəli başa çatması qeyri-mümkündür”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

