Elektron hökumət...
30.05.2024 [10:37]
İKT-nin dövlət idarəetməsinə inteqrasiyası
İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) bizi əhatə edən bütün sahələrdə aktuallığa malikdir. Təbii ki, yeni texnologiyaların tətbiqi bütün dünyada bərabər şəkildə getmir. Bu, hər bir ölkənin inkişaf tempi və əldə olan daxili imkanlarından daha çox asılıdır. Eyni zamanda, İKT-nin nə dərəcədə yüksək tətbiq edilməsi bir ölkənin təhsil səviyyəsi, intellektual potensialı, insan kapitalına verilən dəyər və s. kimi göstəricilərdən asılıdır.
Ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Azərbaycanda bu sahə üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ümumiləşdirmə aparsaq, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daima islahatların aparıldığını görərik.
“Elektron Hökumət”in yaradılması
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, son illər ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri “Elektron Hökumət”in formalaşdırılması hesab edilir: “Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir”.
Bürokratik əngəllərin aradan qaldırılması...
Ekspertin sözlərinə görə, demək ola ki, artıq əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib: “Bu xidmətlər həm də bürokratik əngəlləri aradan qaldırır. Elektron xidmətlər sahəsinə ən mühüm nümunə kimi “ASAN xidmət”in yaradılmasını göstərə bilərik. 2012-ci ildə yaradılan mərkəzlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyindədir. Yaradılan qurumun məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Çünki dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi və s. prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb”.
İnformasiya mübarizəsi və İKT
R.Həsənov müasir dövrdə baş verən hərbi toqquşmalar və müharibələr onu deməyə əsas verir ki, qarşı tərəf üzərində üstünlük təkcə silah gücünə deyil, həm də informasiyanın, texnoloji üstünlüklərin gücünə əldə edilir: “Bu sahədə zəif olan tərəf, digər baxımdan nə qədər güclü olmasına baxmayaraq, ağır məğlubiyyətlə üzləşə bilər. İnformasiyanın toplanması, ələ keçirilməsi, operativ reaksiya və digər bu kimi proseslər düşmənlə aparılan informasiya müharibəsində böyük üstünlük yaradır. Hansı ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı nəinki cəbhədə, eləcə də İKT-nin imkanlarından istifadə edərək informasiya müharibəsində də öz sözünü deyə bildi”.
Ekspert zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində görülən bir çox işlərə başlanılmasından da danışıb: “Yenidənqurma işlərinin əsasında texnoloji imkanlarla zəngin “Ağıllı kənd” layihəsidir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd kənd yerlərində insanlara elə şərait yaradılması idi ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Başqa məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur”.
Azərbaycan regionun Rəqəmsal Mərkəzinə çevrilir
İqtisadçı qeyd edib ki, sadalanan bütün xidmətlər ölkəmizdə rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiyimiz yeni nailiyyətlərin göstəricisidir. Aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Regionun enerji və nəqliyyat mərkəzi statuslarına sahib olan Azərbaycan artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq və regionun Rəqəmsal Mərkəzinə çevrilmək imkanı əldə edir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

