Vətəndaş cəmiyyəti...
08.06.2024 [10:55]
Dövlətin vacib dayaqlarından biri
Müstəqilliyimiz yenidən bərpa edildikdən sonra Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər əldə edilib. Təbii ki, bu nailiyyət də xalqımızın, cəmiyyətimizin firavan, xoşbəxt gələcəyi üçün təminatdır.
Hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti dövlətçiliyin əsaslarının möhkəmlənməsi üçün əvəzedilməzdir. Çünki dövlətçiliyin əsaslarının zəifləməməsi üçün hüquqi bazanın mükəmməl formada hazırlanması, qanunların qəbul edilməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin hərtərəfli fəaliyyəti də, vətəndaş aktivliyi də olmalıdır. Hüquq normalarının həyata keçirilməsini təmin edən, hüququ qoruyan dövlətdir və dövlətin hüquqa ehtiyacı olduğu danılmazdır. Ona görə ki, hüquqa arxalanmadan normal və səmərəli fəaliyyətdən danışmaq mümkün deyil. Əbəs yerə deyil ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hüquqi və demokratik cəmiyyətlərdə əsas prinsip vətəndaş cəmiyyətinin ictimai və dövlət həyatında rolunun fəallaşdırılması əsas götürülür: “Vətəndaşların hər biri də öz növbəsində üzərinə düşən məsuliyyəti dərk etməli, əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmalı, dövlət inistitutlarının sarsılmasına səbəb ola bilən, ölkədə anarxiya yarada bilən, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdır. Məhz qarşılıqlı etimad və məsuliyyət gücləndiyi təqdirdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun arzu olunan inkişaf səviyyəsi haqqında danışmaq olar”.
Ekspert qeyd etdiyi kimi, dövlət vətəndaş qarşısında məsuliyyət daşıdığı kimi, vətəndaş da dövlət qarşısında eyni dərəcədə məsuliyyət daşımalıdır və bu, hər bir vətəndaşın borcu hesab olunur: “Məhz dövlətin və vətəndaşların bir-birinə təsir imkanları güclü olmalıdır ki, qarşılıqlı məsuliyyət qorunmuş olsun. Nəzərə almaq lazımdır ki, cəmiyyət, insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur və davranış qaydalarının bir qisminin dövlət tərəfindən müəyyən olunması, eləcə də qanunlarda öz əksini tapması heç də təsadüfi deyil. Unutmaq lazım deyil ki, qanunların pozulmasına görə məsuliyyət daşınır və vətəndaşlar bunu nəzərə almalıdırlar. Hər bir insanın yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıdığı barədə İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində qeyd olunur. Məsuliyyətlə yanaşı, vətəndaşların əsas vəzifələri də Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Konstitusiyanın 72-ci maddəsində qeyd olunur ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır”.
Ə.Nuriyevin sözlərinə görə, dövlət cəmiyyətlə, cəmiyyət də öz növbəsində dövlətlə sintez şəklində olmalıdır ki, köklü məsələlər öz həllini tapa bilsin, demokratik cəmiyyət formalaşsın: “Etiraf etmək lazımdır ki, demokratik cəmiyyətin formalaşmasında, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində, ictimai maarifləndirmədə vətəndaş cəmiyyətlərinin rolu əhəmiyyətli dərəcədədir. İnsanların maariflənməsi, konkret sahələr üzrə hesabatların hazırlanması, təkliflərin verilməsi istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyəti olduqca vacibdir. Ona görə də cəsarətlə deyə bilərik ki, hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında vətəndaş cəmiyyətlərinin rolunu danmaq mümkün deyil və hər bir hüquqi dövlətdə vətəndaş cəmiyyətinin olması qaçılmazdır.
Qanunları yüksək səviyyədə işləyən dövlətlərdə, eləcə də insanların firavan yaşamasına, dövlətin tanınmasına, inkişaf etdirilməsinə, öz vətəndaşı, xalqı üçün çalışan dövlətlərdə vətəndaş cəmiyyətinin çox sürətlə inkişaf etdiyini görürük. Məhz bu baxımdan bizim ölkəmizdə də eyni şəkildə vətəndaş cəmiyyətinin daim inkişaf etməkdə olması heç də təəccüblü deyil və tamamilə başadüşüləndir. Ölkəmizdə vətəndaş həmrəyliyi, vətəndaş birliyi, dövlət və vətəndaş arasındakı münasibətləri yüksək səviyyədə olduğu zərrə qədər şübhə doğura bilməz və hər birimiz buna əminik.
Göründüyü kimi, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda vətəndaş cəmiyyəti dövlət üçün vacib dayaq hesab olunur”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58

