Aldadıcı başlıqlar...
11.06.2024 [10:44]
Oxucu auditoriyasnın hüquqları pozulur
21-ci əsrdə mətbuatın fəaliyyəti çoxşaxəlidir. Bu gün həm dünya, həm də Azərbaycan mətbuatı ilk növbədə oxucunu ən son yeniliklərlə və informasiya ilə təmin edir. Etiraf edək ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) oxucuların diqqətini çəkən ilk amillərdən biri yazılara qoyulan başlıqlardır. Günümüzdə isə bəzi media orqanlarında gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik.
Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur. Bir sıra hallarda isə seçilən başlıqlar oxucuları aldatmaq məqsədi daşıyır. Sərlövhə gözəl olsa da, oxucu yazıda başlığa aid heç nə tapa bilmir. Mediada yanlış, çaşdırıcı, açıq-saçıq başlıqlar verməklə faktiki olaraq oxucunun aldadılması halları müşahidə olunur. Belə başlıqlarda bəzən faktlar təhrif olunur, bəzən milli dəyərlərə sayğısız yanaşılır, bəzən isə insan hüquqları pozulur. Ona görə də bu problem kifayət qədər aktualdır.
Xatırladaq ki, sözügedən problemlə bağlı Medianın İnkişafı Agentliyi zamanında bir çox media subyektinə müraciət edib. Agentlikdən bildirilib ki, aparılan təhlillərə əsasən, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” qanunun tələblərini pozur.
Oxucunun etimadını pozmaq olmaz
Mövzunu “Yeni Azərbaycan”a şərh edən professor, media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, məqalənin başlığı onun məzmununun bir növ qısa anonsudur. Oxucunun başlığı oxuyanda məqalədə nədən bəhs edildiyi barədə təsəvvürü formalaşmalıdır.
Professorun sözlərinə görə, elmi nəzəriyyələr, təlimatlar və kodekslər təlqin edir ki, başlıq məqalənin məzmununa uyğun olmalıdır və oxucuda ilkin təəssürat yaratmağa xidmət etməlidir: “Amma bəzi media subyektlərində fərqli təqdimatlardan istifadə edilir. Fikrimcə, bu, daha çox peşəkarlıq problemidir. Peşəkar jurnalist və ya peşəkar media subyekti aldadıcı başlığı verməklə, oxucunun, dinləyici və ya tamaşaçının etimadını pozmaz”.
İP uğrunda mübarizələr...
Q.Məhərrəmli qeyd edib ki, hazırda saytların böyük əksəriyyəti arasında İP uğrunda amansız mübarizə gedir: “Nəticədə çox zaman peşəkarlıq arxa plana keçir. Mediada yanlış, çaşdırıcı, milli dəyərlərə zidd olan başlıqların yer alması da ilk növbədə bununla bağlıdır. Hamı bu “mübarizədən” qalib çıxmaq istəyir. Amma bu yarışmanın qalibi olmur, hamı məğlub olur. Çünki oxucunun, oxucunun timsalında isə cəmiyyətin mediaya inamı azalır. Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasında təkcə birinci tərəf, yəni yazanlar günahkar deyil. İkinci tərəf, yəni oxucular da günahkardır. Hər kəs əmin olsun ki, heç bir jurnalist qeyri-ciddi yazılar yazmağa, açıq-saçıq başlıqlar qoymağa həvəsli deyil. Jurnalistləri buna “vadar” edən qüvvənin adı oxucudur. Doğrudanmı oxucular ciddi, analitik mövzuda yazılan məqalələri oxumağa can atırlar? Şəxsən mənim buna şübhəm var”.
Bu hallar mətbuatımıza zərər vurur
Professor vurğulayıb ki, xəbər başlıqlarının əsas məqsədi təqdim olunan informasiyanın nədən ibarət olduğunu bildirməkdir: “Yaxşı olar ki, xəbər başlığı çox qısa olsun, uzun olmasın. Məncə, 3 sözdən az, 10 sözdən çox olmayan başlıqlar normaldır. Köşə yazılarında 1-2 söz də olar, əgər müsahibədən çıxarılan sitat çox maraqlıdırsa, o halda 10-dan çox söz ola bilər. Fikrimcə, dediklərimdən ən əsası yalançı başlıqların qoyulması ilə bağlıdır, qalanları çox da ciddi problem deyil. Oxucunu aldatmaq olmaz, bu, bütün mətbuatımıza zərər vurur. Əks halda olan-qalan oxucu da tezliklə itiriləcək.
Problem ondadır ki, oxucunu özünə cəlb etmək üçün bir çoxları hay-küylü başlıqlar qoyurlar, amma xəbərin içi tamam başqa informasiyadan ibarətdir. Dünyanın bir çox ölkələrində xəbər başlıqları ilə məşğul olan xüsusi şöbələr fəaliyyət göstərir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

