Milli mənəvi dəyərlərimiz...
20.07.2024 [11:00]
Zəngin tarixi irsimiz milli kimliyimizin təsdiqidir
Hər bir xalqı özünəməxsus edən, digər xalqlardan fərqləndirən şərtlərdən biri də mədəniyyəti və milli adət-ənənələridir. Milli mənəvi dəyərlərin, adət-ənənələrin, milli folklorun yaradıcısı isə xalqdır. Bu mənada, Azərbaycan xalqının zəngin mədəni irsi, yüksək mənəvi dəyərləri, qədim tarixə söykənən milli adət-ənənələri bütün dünya üçün nümunədir. Xalqımızın yaşatdığı və təbliğ etdiyi bəşəri ideyalar, adət-ənənələr və milli dəyərlər öz yüksək səviyyəsi ilə, qədimliyi və gözəlliyi ilə seçilib.
Bu istiqamətdə aparılan tədqiqatlar, elmi araşdırmalar da təsdiqləyir ki, Azərbaycan xalqı əsrlər boyu qədim köklərə malik maddi və mənəvi xəzinəsini qoruyub saxlamaqla yanaşı, inkişaf etdirib. Bu ənənələr, dəyərlərimiz milli folklorumuzda, şifahi xalq ədəbiyyatımızda, o cümlədən nağıllarımızda, atalar sözlərində, bayatılarda, nəhayət, “Kitabi-Dədə Qorqud” dastanında əksini taparaq uzaq keçmişin sınaqlarından çıxaraq müasir dövrümüzə qədər uzun və şərəfli bir yol gəlib.
Dövlətçiliyimizin tarixi çox qədimdir...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan folklorşünas Məhəmməd Məmmədov bildirib ki, yaşadığı coğraf?yadan asılı olmayaraq hər bir azərbaycanlı öz tarixini, mədəniyyətini, özünün milli keçmişini, dövlətçilik ənənələrini bilməli və yaşatmalıdır. Onun sözlərinə görə, Azərbaycan tarixi türk tarixindən ayrı öyrənilə bilməz: “Tariximiz Şumerdən üzü bəri böyük bir yol keçib. Dilimizin, folklor motivlərinin bağlılığı bunu sübut edir. Azərbaycan dövlətçiliyinin tarixi əslində bununla bağlıdır. Miladdan öncə ən azı 2000 illik dövrdə Azərbaycan dövlətlərinin tarixini izləmək mümkündür. Miladdan sonra Azərbaycan ərazisində Manna Midiya ondan əvvəl Kutilər, Lullubilər və s. olub. Qafqaz Albaniyasının da ən böyük xalqı Azərbaycan türkləri olub. Dədə Qorqud motivləri eradan əvvələ gedib çıxır. Azərbaycan qədim türk vətənidir. Bəzən deyirdilər bizim dövlətimiz 18-20 ci ildə Milli Azərbaycan Xalq Cümhuriyyəti ilə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sadəcə dövlətçiliyimizin bir mərhələsidir. Demokratik Cümhuriyyət dövrüdür. Amma ondan əvvəl Səfəvilər, Avşarlar, Qacarlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular ayrı-ayrı zamanların Azərbaycan tarixində özünəməxsus yeri olan dövlətlərimizdir. Nadir şah Əfşarın vəfatından sonra yaranan Azərbaycan xanlıqları ərazisinə görə o qədər böyük olmasa belə, hərəsinin ayrılıqda mühüm tarixi inkişaf mərhələsi mövcuddur. Bizim dövlətçiliyimizin tarixi çox qədimdir”.
Əsrlər keçsə də, aktuallığını itirməyən incilərimiz
Folklorşünas qeyd edib ki, yaradıcılıqlarında bəşəri ideyaları təbliğ edən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və sözü ilə dünyanı heyrətdə saxlayan neçə-neçə söz dühamız tariximizi, mənəvi dəyərlərimizi öz poeziyalarında vəsf etməklə həm də yaşadıblar. Bu ölməz əsərlər həm də Azərbaycan xalqını və dövlətini dünyaya tanıdıb: “Əsrlər keçsə də aktuallığını itirməyən bu ədəbi nümunələr nəsildən-nəslə xalqımızı milli mənəvi, eləcə də ümumbəşəri dəyərlər əsasında tərbiyə edib. Bu zəngin bədii irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni minilliyədək gəlib çatıb. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlayıb, dövrümüzə körpü salıb.
Müasir insanın formalaşması və özünütəsdiqi məhz milli mənəvi dəyərlərin təkmilləşməsi ilə sıx bağlıdır. Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı həyat fəaliyyətinin istiqamətlərini müəyəənləşdirib. Mənəvi dəyərlər toplumuz, mədəni irsimiz hazırda xalqımızın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi kimi qəbul edilir. Milli-mənəvi dəyərlərin inkişafına göstərilən dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır”.
Dünya muzeylərində mədəniyyətimizin izlərini axtarmalıyıq
M.Məmmədov bildirib ki, Qarabağdakı böyük qələbədən sonra qürur duymalı və inkişafa addım atmalıyıq: “Mədəniyyətimizin, tariximizin, televiziyamızın, təhsilimizin həmin qələbəyə layiq bir şəkildə qurulmasına çalışmalıyıq. Əsl Azərbaycan mədəniyyəti min illərlə dağıdılsa da, oğurlansa da amma izi itməyib. Biz böyük bir mədəniyyətin sahibiyik. Məsələn, Cənubi Azəərbaycanda Həsənli mədəniyyəti var. Onun qızıl əşyaları dünyanın hər yerinə yayılıb. Azərbaycan xalçaları, əlyazmalarımız dünyanın bütün muzeylərində var. Azərbaycan öz mədəniyyətinin sərhədlərini müəyyənləşdirməli, mədəniyyətinin izlərini dünya muzeylərində axtarıb tapmalıdır. Onların ən azı kataloqunu tutub tədricən toplamaq lazımdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

