Dini və etnik tolerantlıq...
27.08.2024 [10:55]
Yeganə BAYRAMOVA
Bu gün milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunaraq gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər çətindir. Məlumdur ki, ölkəmiz multikulturalizm məkanı sayılır. Azərbaycan tolerantlığı ilə bərabər, özünəməxsus mədəniyyəti ilə hər zaman dünya ictimaiyyətinin diqqətini cəlb edib.
Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur. Özünəməxsus dini və milli ənənələri olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Eyni zamanda, bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır.
Bu günlərdə Braziliyada G20 Dinlərarası Forumu (IF20) keçirilib. 19-22 avqust tarixlərində baş tutan forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib. Qeyd edək ki, sözügedən tədbir ölkəmizin din siyasətinin beynəlxalq müstəvidə müzakirəsi üçün mühüm hadisə oldu.
Dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyi dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzuları əhatə edib. Forumda, ümumilikdə, 300-ə yaxın qonaq iştirak edib
Mədəniyyətlərin və dinlərin qovuşduğu məkan...
Forumda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycandakı multikultural və tolerant mühit, həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizmi modeli haqda ətraflı məlumat verib. O, bildirib ki, multikulturalizm Azərbaycan xalqının mənəvi sərvətidir: “Azərbaycan tarixən çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu gün də həmin ənənə Azərbaycanda davam etdirilir və qlobal səviyyədə təbliğ olunur. Azərbaycan multikulturalizmi dünya dövlətləri üçün örnək model kimi qəbul edilir”.
R.Məmmədov, həmçinin Qarabağda və azərbaycanlıların yüzilliklər ərazində yaşadığı indiki Ermənistan ərazilərində dini irsimizin qəddar hücumlara məruz qaldığını bildirib. O, forumda Azərbaycanın dinlərarası və mədəniyyətlərarası harmoniyaya əsaslanan multikulturalizm modeli, eləcə də bu nümunəvi mühitin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.
Tolerantlıq: Kimliyimizin ayrılmaz elementi
Komitə sədri bildirib ki, əsrlərboyu Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar: “Dini etiqad azadlığı, tolerantlıq ənənəsi Azərbaycan kimliyinin ayrılmaz elementinə, millətin plüralizmə sarsılmaz sadiqliyinin sübutuna çevrilib. Bakıda məscidlər, kilsələr və sinaqoqların yan-yana mövcud olması müxtəlif dini icmaların harmoniya şəklində birgəyaşayışının sübutudur.
Azərbaycan dövləti tərəfindən bu zəngin tarixi, maddi və mənəvi irsin qorunaraq gələcək nəsillərə çatdırılması üçün yaradılan hərtərəfli qanunvericilik bazası irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq hamı üçün bərabər hüquq və azadlıqlara təminat verir”.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ölkəmizin hər zaman tolerantlıq və inklüzivlik modeli kimi qəbul olunduğunu diqqətə çatdıran Komitə sədri vurğu?ayıb ki, tarixi və dini abidələrin, müqəddəs yerlərin və ziyarətgahların bərpası, yenidən qurulması və mühafizəsi dövlətin dinə və milli-mənəvi dəyərlərə dərin hörmətini əks etdirir: “Azərbaycanın mədəni irsin qorunub saxlanması istiqamətində fəaliyyəti ölkə hüdudlarından kənara çıxır. Belə ki, Azərbaycan Vatikandakı Müqəddəs Marselin, Pietro və Sebastyan katakombalarının bərpasına öz töhfəsini verib, Fransadakı Notr-Dam kilsəsinin təmiri üçün vəsait ayırıb”.
Dini irsimizə qarşı qəddar hücumlar
Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində dini ayrı-seçkiliyin ən qəddar formalarından əziyyət çəkdiyini diqqətə çatdıran R.Məmmədov ölkəmizin 30 il ərzində işğal altında saxlanılmış ərazilərindəki 67 məsciddən 65-nin məhv edildiyini bildirib: “Qarabağda və azərbaycanlıların yüzilliklər ərzində yaşadığı indiki Ermənistan ərazilərində dini irsimizə qarşı qəddar hücumlara baxmayaraq, xalqımız gələcəyə köklənərək, dini və etnik tolerantlığı milli kimliyimizin təməl sütunu kimi qorumağa davam edib. Bu illə ərzində xalqımız bütün regionun tarixində sülh və əməkdaşlığa əsaslanan yeni səhifə açmağa çalışıb, işğaldan azad edilmiş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı mühüm layihələr həyata keçirilir”.
Xatırladaq ki, 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir. Ölkəmizin G20 Sammitinin Dinlərarası Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50

