“Böyük Qayıdış”ın uğurlu addımları!
11.09.2024 [10:17]
Quruculuq işləri öz axarı ilə davam edir...
İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması dövlətimizin gücünü bir daha sübut etdi. Azərbaycan erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizdən didərgin düşən qaçqınların öz doğma yurd-yuvalarına qayıtmalarını tezliklə təmin etmək niyyətindədir. Xüsusilə vurğulamaq lazımdır ki, Prezidentin rəhbərliyilə Qarabağda həyata keçirilən bərpa və yenidən qurulma işləri Azərbaycanın öz gücü, milli resursları və milli imkanları hesabına həyata keçirilir.
“Böyük Qayıdış” çərçivəsində həyata keçirilən ictimai rəy sorğuları əsasında geri qayıdacaq əhalinin hansı sahələrdə işlə təmin edilməsinin planlaşdırılması da vacibdir. Bundan başqa, qarşımıza qoyulmuş hədəflərin reallaşdırılmasında “Böyük Qayıdış”ı təmin edən infrastrukturun yaradılması ön plana çəkilib və beynəlxalq təcrübəyə istinad olunub. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Qarabağımızı tezliklə cənnətə çevirəcəyik
Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, dövlət başçımız çıxışlarında dəfələrlə qeyd etmişdi ki, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik: “Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq, bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir. Dövlət başçısının azad edilmiş rayonlarımızla bağlı, oraya qayıdışın mümkünlüyü ilə əlaqədar əhəmiyyətli qərarları xalqımız tərəfindən dəstəklənir. Prezidentin sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu da bu məqsədlərə xidmət edir. Məlumdur ki, erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir”.
İlk mərhələ: minaların təmizlənməsi
İqtisadçı qeyd edib ki, “Böyük Qayıdış”a nail olmaq üçün əsas iş görülüb. Azərbaycan əsgəri öz işinin öhdəsindən məharətlə gəlib və bundan sonra əsas məsələ ərazilərin minalardan təmizlənməsi, regionda tam təhlükəsiz vəziyyətin bərqərar olunmasıdır: “Azərbaycan dövlət olaraq bu işin öhdəsindən gəlməyə başlayıb. Baxmayaraq ki, mənfur Ermənistan mina xəritələrinin verilməsi ilə bağlı prosesi uzatmağa və nəticədə soydaşlarımızın işğaldan azad olunmuş əzəli torpaqlarımıza qayıdışını ləngitməyə cəhd göstərirdi. Bununla belə, Azərbaycanın yürütdüyü xarici siyasətdə uğurlu nəticə əldə olunur”.
Azad edilmiş ərazilərin siması sürətlə dəyişir
İqtisadçı bildirib ki, azad edilmiş rayonlarda böyük sürətlə müasir tələblərə cavab verən, keyfiyyətli yaşayış məskənləri, məntəqələri yaradılır: “Diqqəti çəkən başlıca məqam ondan ibarətdir ki, bu yaşayış məskənləri ağıllı şəhər, ağıllı kənd konsepsiyası əsasında yaradılır. Bu da orada məskunlaşan soydaşlarımızın daha rahat, keyfiyyətli həyat şəraitinin təmin olunmasını şərtləndirir. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra hər il həmin ərazilərin bərpa və quruculuğu işlərinə dövlət büdcəsindən daha artıq vəsait ayrıldığını görürük. Ayrıca olaraq nəzərə almalıyıq ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetləri içərisində işğaldan azad olunmuş ərazilərimizdə soydaşlarımızın məskunlaşdırılmasından ibarətdir. Təbii ki, effektiv məskunlaşdırma üçün böyük maliyyə və xüsusi diqqət tələb olunur. Dövlətimiz bu istiqamətdə bütün addımları atır, sürətlə həmin ərazilərin siması dəyişir”.
Dönüşün uğurlu simvolu...
F.İbrahimovun sözlərinə görə, ölkə başçısının tapşırıq və göstərişlərinə əsasən, işğaldan azad olunmuş ərazilərdə 7 yolun tikintisi başa çatdırılaraq istismara verilib: “27 yol layihəsi üzrə işlər, eyni zamanda uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Füzulidən Şuşaya çəkilən ilk yol dönüşün uğurlu simvoludur. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilərdə 15 avtomobil yolunun tikintisi həyata keçirilir. Bütün avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

