Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib
27.09.2024 [22:15]
Sentyabrın 27-də Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən icraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.
Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli və aparat rəhbəri Rəqsanə Kərimova Vətən müharibəsində media nümayəndələrinin yalnız arxa cəbhədə deyil, həm də ön cəbhədə cəsarətlə mübarizə apardığını vurğulayaraq, informasiya müharibəsində qazanılan qələbədə onların xüsusi rolunu qeyd edib, Azərbaycan mediasının qarşıya qoyulmuş hədəflərə çatmaq üçün yüksək peşəkarlıq nümayiş etdirdiyini bildiriblər.
Sonra Agentliyin əməkdaşları - XTQ kapitanı, Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə və İkinci Qarabağ müharibəsi veteranı Samir Əzizli vurğulayıblar ki, İkinci Qarabağ müharibəsi döyüşçüləri öz torpaqlarını qorumaq və azad etmək uğrunda göstərdikləri böyük fədakarlıqla tarix yazıblar. Ən əsası, Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı, ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Bununla yanaşı, jurnalistlərin döyüş meydanında baş verən hadisələri anbaan əks etdirərək Vətən uğrunda mübarizəyə dəstək verdiklərini diqqətə çatdırıblar.
“44 günlük tarix yazan media qəhrəmanları” adlı videoçarxın nümayişindən sonra Medianın İnkişafı Agentliyinin kollektivi inşası davam etdirilən Zəfər parkına gəliblər, parkın girişində xatirə daşının önünə gül dəstələri düzüblər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

