ADPU-da tədbir...
07.11.2024 [08:13]
Vətənpərvər gənclərimizin şücaətindən danışıldı
Azərbaycan gənclərini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun vətənpərvərlik ideyaları və duyğuları ilə zənginliyidir. Müsəlman Şərqində ilk demokratik respublikanın yaranması və qısa bir müddətlik də olsa qorunmasında Azərbaycan gəncliyinin rolu danılmazdır. “Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür”. “Füyuzat” jurnalında çap olunmuş bu fikirlər gəncliyin mahiyyətinin bədii boyalarla mükəmməl təzahürünün gözəl nümunəsidir.
Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş dövlətçilik durur. Azərbaycan xalqının yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, sahəsində əldə etdiyi nailiyyətləri, qəhramanlıq tarixi, dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir. Hər bir dövlətin varlığı və gələcəyi, həm də gənclərin tərbiyəsindən aslıdır.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk andan etibarən də gənclər siyasətinə göstərilən xüsusi qayğı davam edir. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onların milli-mənlik şüurunu inkişaf etdirilməsi üçün dövlət siyasəti yüksək formada davam etdirilir. Məhz bunun nəticəsidir ki, İlham Əliyev dünya siyasi arenasında gənclərimizin inkişafına və ictimai həyatda daha aktiv iştirakına əhəmiyyət verən, diqqətdə saxlayan bir lider kimi tanınır. Ölkə başçısı tərəfindən gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirilir.
Gənclərin ideoloji baxımdan hazırlığı, düşünülmüş ardıcıl gənclər siyasətinin nəticəsidir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Bugünkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını sevən gənclikdir. Buna baxmayaraq, yenə də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması üçün dövlətimiz lazım olan siyasət yürüdür. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən, Vətən müharibəsində Azərbaycan gənci düşmənə layiqli cavabını verdi. Noyabrın 8-də Zəfər Günümüzün 4-cü ili tamam olur. Bu ərəfədə ölkəmizdə mühüm tədbirlər keçirilir, böyük qələbəmizə imza atan vətənpərvər gəncliyimizin şücaətləri haqqında danışılır.
“Qələbə ruhunu yaşat!”
Ötən günlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qələbə ruhunu yaşat!” mövzusunda bədii tədbir keçirilib. Bu barədə universitetdən məlumat verilib.
Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ADPU-nun 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olan tələbə və məzunlarının bir qisminin ailə üzvləri universitetin foyesindəki “Zəfər guşə”sini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə tər çiçəklər qoyublar. Sonra “Zəfər stendi” və ADPU-nun Heydər Əliyev muzeyi ziyarət olunub.
Tədbiri açan ADPU THİK-in sədri Cəmilə Qurbanova şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşadığını qeyd edib. Möhtəşəm Qələbəmizə, ərazi bütövlüyümüzün bərpa edilməsinə və suverenliyimizin tam təmin olunmasına görə ilk növbədə İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusuna, qəhrəman şəhid və qazilərimizə borclu olduğumuzu qeyd edən ADPU THİK sədri tələbələri tarixi unutmamağa, qalib xalqın gəncliyi olaraq üzərilərinə düşən məsuliyyəti dərk etməyə, XXI əsrin rəqəmsal dünyasında öz vətəndaş mövqelərini ortaya qoymağa səsləyib.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən vətənpərvərlik ruhundakı musiqili-ədəbi kompozisiyalar təqdim edilib. Daha sonra Vətən müharibəsində şəhid olan ADPU-nun tələbə və məzunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Mərasimin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərov vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş tədbirin təşkilində əməyi olan tələbələrə, habelə şəhidlərin yaxınlarına və qazilərə təşəkkür edib. Rektor Pedaqoji Universitet adından hazırlanmış gül dəstələrini şəhidlərin yaxınlarına təqdim edib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

