44 günün dastanı...
08.11.2025 [09:34]
44 gün... Bu, bəlkə də tarix boyu bir xalqın həm qürurunu, həm də dərdini eyni anda yaşadığı, yaddaşlardan silinməyəcək bir müddətdir. 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsi ilə sona çatan 44 günlük müharibə, sadəcə ərazi uğrunda deyil, həm də ədalət uğrunda aparılan mübarizə idi.
Müharibənin hər günü bir qəhrəmanlıq dastanı idi. Dağlarda, düzənliklərdə, şəhərlərdə və kəndlərdə Azərbaycan əsgərləri döyüşdü, əzmkarlıq göstərdi və bir daha sübut etdi ki, haqqın, torpağın və vətənin qorunması hər şeydən üstün gəlir. Qələbə sadəcə hərbi uğur deyildi, həm də milli qürur, dirəniş və ədalət uğrunda canını fəda edənlərin tarixə yazılmış adıdır.
Ermənistanın müharibə zamanı törətdiyi cinayətlər isə hər bir vicdan sahibi üçün sarsıdıcıdır. Məqsədli şəkildə mülki əhaliyə qarşı hücumlar, tarixi və dini abidələrin dağıdılması, kəndlərin yerlə-yeksan edilməsi - bütün bunlar müharibə taktikası deyildi, bunlar insanlıq əleyhinə əməllər idi. Hər bir raket, hər bir mina, hər bir dağıdılmış ev bu gün də göz önündə duran, unudulması mümkün olmayan dəhşətli faktlardır.
Haqq uğrunda mübarizə heç vaxt bitmir!
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədovun sözlərinə görə, tarix sübut etdi ki, haqqın və birliyin gücü hər şeydən üstündür: “Azərbaycan xalqı hər zaman olduğu kimi, 44 günlük müharibədə də birləşdi, ordusu ilə həmrəylik göstərdi və qələbə qazandı. Bu qələbə həm də dünyaya bir mesaj idi: ədalət gec də olsa, qalib gəlir, insanlıq əleyhinə cinayətlər heç vaxt cəzadan kənarda qalmır!
Bu gün şanlı qələbəni qeyd edərkən bir daha xatırlatmalıyıq ki, haqq uğrunda mübarizə heç vaxt bitmir, vətən sevgisi isə hər dövrdə ölçülməzdir. Azərbaycan xalqının 44 gündə yazdığı dastan yalnız hərbi qələbə deyil, həm də mənəvi zəfərin, inadın və insanlıq uğrunda aparılan əbədi mübarizənin rəmzidir”.
Ümumbəşəri prinsiplərə zidd...
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki qələbə, yalnız hərbi müstəvidə deyil, həm də Azərbaycanın müstəqilliyinin və suverenliyinin təmin edilməsi üçün əhəmiyyətli bir addım oldu: “Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistanın 30 illik işğalı nəticəsində yaranan gərginlik və təhdidlər, 44 günlük müharibə ilə sona çatdı.
Müharibə müddətində Ermənistanın həyata keçirdiyi bir çox qanunsuz hərəkət, beynəlxalq hüquq və insanlıq əleyhinə cinayətlər təşkil edib. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu cinayətlər, müharibə qanunlarına və ümumbəşəri prinsiplərə zidd olaraq, Azərbaycanın sülhə və insanlığa qarşı cinayətlərini həyata keçirib. Belə ki, müharibə zamanı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarının dəfələrlə şahidi olmuşuq. Yalnız hərbi hədəflərin deyil, həm də mülki obyektlərin, evlərin, məktəblərin, xəstəxanaların bombardman edilməsi, bir çox sivil insanın ölümünə və yaralanmasına səbəb olub”.
Qadağan olunmuş silahlardan istifadə
E.Məmmədovun sözlərinə görə, Ermənistanın döyüş zamanı qadağan olunmuş silahları, o cümlədən ballistik raketləri və fosfor bombalarını istifadə etməsi, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: “Bu silahların istifadəsi yalnız fiziki zərər verməklə qalmayıb, həm də müharibə sonrası ətraf mühitə və insanların sağlamlığına uzunmüddətli zərər vurub. Müharibə zamanı Azərbaycan Ordusunun əsgərləri və mülki vətəndaşlarının cəsədləri təhqir olunub, qeyri-insani şəkildə rəftar edilib. Bu, müharibə qanunlarının pozulmasının ən ciddi nümunələrindən biridir və Ermənistanın cinayətkar siyasətini göstərir.
Ermənistanın hərbi əməliyyatları yalnız fiziki zərər verməklə kifayətlənməyib, eyni zamanda, psixoloji təzyiqlər yaradıb. Dinc sakinlər arasında qorxu və təlaş yaratmaq məqsədilə, mülki şəxslərə qarşı hədə-qorxu mesajları və təcavüzkar davranışlar da tətbiq edilib”.
Tam şəkildə araşdırılma vacibdir!
Deputat qeyd edib ki, Ermənistanın bu cinayətləri, bir çox beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə pislənib, lakin hələ də bəzi ölkələr bu məsələyə qeyri-kafi yanaşıblar: “Bu da Azərbaycanın beynəlxalq müstəvidə daha çox mübarizə aparmasına səbəb olub. Bununla yanaşı, Azərbaycan beynəlxalq tribunallar qarşısında Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edib.
2020-ci ilin 44 günlük müharibəsi, Azərbaycan üçün tarixi bir zəfər olmaqla yanaşı, Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da önəmli bir mərhələdir. Bu müharibə, həmçinin beynəlxalq hüququn, insanlıq və ədalətin üstünlüyünü təsdiqləyib. Hələ də bu cinayətlərin tam şəkildə araşdırılması və Ermənistanın cavabdeh tutulması üçün beynəlxalq səviyyədə daha çox tədbir görülməsi vacibdir. Müharibənin sonunda əldə olunan qələbə, həmçinin Azərbaycanın gələcək inkişafı və ərazi bütövlüyünün qorunması üçün mühüm bir zəmin yaradıb”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31

