/ / Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı mütəmadi olaraq artır
Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı mütəmadi olaraq artır
06.08.2015 [00:19]
Regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur
Sirr deyil ki, spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Əlbəttə ki, həyata keçirilən institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir. Statistik göstəricilər sosial-iqtisadi siyasətin səmərəliliyini əks etdirməklə yanaşı, gələcəyə nikbin baxmağa əsas verir. Belə ki, Azərbaycan iqtisadiyyatı son 6 ayda 5,7 faiz artıb. Buna paralel olaraq qeyri-neft sektorunda 9,2 faiz artım qeydə alınıb, sənaye istehsalı isə təxminən 4 faiz artıb. Bu sırada qeyri-neft sənayesinin 14 faizdən çox artmasını da xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir
O da bəllidir ki, Azərbaycanın dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir
Əsas məqam isə odur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub.
Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Bu gün bölgələrin hər bir guşəsində genişmiqyaslı quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.
Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Bununla yanaşı, ayrı-ayrı rayonların inkişaf göstəriciləri milli tərəqqidə özünəməxsus yer tutur. Məsələn, cari ilin birinci yarısında Samux rayonunun ümuminkişaf göstəriciləri bu qəbildən olan nümunələr sırasındadır. Belə ki, rayon iqtisadiyyatının inkişafı istiqamətində müəyyən tədbirlər və geniş tikinti - quruculuq, abadlıq işləri həyata keçirilib. 6 ay ərzində bütün sahələrdə müsbət nəticələr əldə olunub. İlin əvvəlindən 47 milyon 468,7 min manatlıq və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib. Nəqliyyat müəssisəsi 1288,8 min manatlıq və ya 4,8 faiz çox, rabitə müəssisələri 323,6 min manatlıq və ya 4,8 faiz çox xidmətlər göstərib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiya 9 faiz artaraq 3 milyon 59 min manat təşkil edib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın həcmi 2 milyon 820 min manat və ya 13,1 faiz çox olub. Bununla yanaşı, pərakəndə ticarət şəbəkəsində əhaliyə 40 milyon 466,6 min manatlıq və ya 9 faiz çox istehlak malları satılıb. Əhaliyə 11 milyon 357,6 min manatlıq pullu xidmət göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 48,6 faiz çoxdur. Eyni zamanda, əhalinin məşğulluğu yenə də diqqət mərkəzində saxlanılıb və sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hesabat dövründə 421-i daimi olmaqla 476 yeni iş yeri yaradılıb. Yaradılmış yeni iş yerlərindən 211-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 81 layihə üzrə verdiyi 1066 min manat güzəştli kreditin hesabınadır.
Beləliklə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. İndiyədək Azərbaycanın bütün bölgələrində güclü, müasir infrastruktur qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib və bir sıra layihələr də hazırda uğurla reallaşdırılır. Bu kontekstdə cari ilin birinci yarısında Samux rayonunun timsalında bir sıra göstəricilərə nəzər yetirək. Beləliklə, rayon ərazisində Heydər Əliyev prospektinin başlanğıc hissəsində N.Gəncəvi və M.Ə.Sabir küçələri arasında 150 metr uzunluğunda yeni yol salınıb, yolun sağ və sol tərəflərinə 300 p.metr bordür düzülüb. Buna paralel olaraq şəhərin Alıncalı küçəsində 1,2 km uzunluğunda yeni asfalt örtüyü salınıb, əhalinin istifadəsi üçün 550 metr uzunluğunda su xətti çəkilib. Qələbə və Nəsimi küçələrində ümumilikdə 0,8 km uzunluğunda yenidənqurma işləri aparılaraq asfalt örtüyü salınıb. Eyni zamanda, Məhəmməd Əsədov küçəsinin əsaslı təmirinə başlanıb, su arxları, suötürücü borular və kommunikasiya xətləri yenilənib, küçənin işıqlanma sisteminin qurulması üçün hazırlıq işləri aparılıb və hazırda işlər davam etdirilir. Seyidlər kəndinin mərkəzi hissəsindən keçən yola 500 metr uzunluğunda yeni asfalt örtüyü salınıb. Həmçinin, birinci yarımildə Qarayeri-Qaraarx yolunun əsaslı təmirinə başlanıb, hazırkı vaxta yolun 2 km-lik hissəsinə yeni asfalt örtüyü salınıb. Rayonun Qarayeri və Qırmızı Samux qəsəbələrində, Sarıqamış, Qovlarsarı, Yenikənd, Salahlı, Burunqovaq və Hacıalılı kəndlərində daxili küçə və yollarda təmir işləri aparılıb. Bu istiqamətdə də işlər davam etdirilir.
Beləliklə, müasir qlobal çağırışlara müvafiq milli tərəqqi modelinə malik olan Azərbaycanın ümuminkişaf dinamikasında regionların sosial-iqtisadi inkişafı özünəməxsus yer tutur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30

