Ermənistanın cəzalandırılması beynəlxalq hüququn tələbidir
03.12.2021 [22:53]
Qaşqay ZİYƏDDİNOĞLU
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən Ermənistan tərəfindən Azərbaycana qarşı etnik təmizləmə, deportasiya, soyqırımı daxil olmaqla bir çox cinayətlər törədilib. 30 il ərzində işğal altında saxlanılan Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törədilib, tarixi, dini, mədəni abidələri dağıdılıb, məscidlərimiz təhqir olunub.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib ki, ümumiyyətlə, son yüz il ərzində ermənilər tərəfindən xalqımıza qarşı çoxsaylı cinayətlər törədilib: “Onların ən dəhşətliləri 1918-ci ilin martında Bakıda, Qubada və Azərbaycanın digər bölgələrində törədilən qətliamlar, 1990-cı illərdə Qarabağda müharibə cinayətləri hesab edilən faciələr, o cümlədən Xocalı soyqırımıdır. İşğal edilmiş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı qəddarlıq nümayiş etdirilib, o vaxt ələ keçirilən bütün rayonlarda, o cümlədən Şuşada, Laçında, Kəlbəcərdə müharibə cinayətləri törədilib. Tarixi və dini abidələrə, regionun ekosisteminə qarşı vandalizm aktlarını artıq bütün dünya ictimaiyyəti görür. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan artıq anlamalıdır ki, törətdiyi cinayətlər cəzasız qalmayacaq. Yeri gəlmişkən, işğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması üçün bu il oktyabr ayında Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı Haaqa Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib və dekabrın 7-də iddia ilə bağlı qərarın çıxaracağı gözlənilir. Ümid edirik ki, beynəlxalq məhkəmə ikili standartlardan uzaq, ədalətli qərar çıxaracaq”.
Araşdırmaçı-alimin sözlərinə görə, ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımının bənzərini 100 il əvvəl də törədiblər: “1905-ci il avqustun 23-də Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar. Erməni silahlı dəstələri 1918-1920-ci illərdə də Xocalıda soyqırımı törətmişdilər. Xocalıya hücum zamanı kənd əhalisinin çoxu erməni vəhşiliyi ilə üzləşmişdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu Nuri Paşanın komandanlığında xalqımıza köməyə gələn Qafqaz İslam Ordusu ilə birlikdə Qarabağda erməni silahlı dəstələrini tərk-silah etdilər. 1920-ci ildə yenidən baş qaldıran erməni silahlı dəstələrini general Həbib bəy Səlimovun komadanlığında Azərbaycan Ordusu darmadağın etdi. Bundan sonra sağ qalan xocalılar doğma yurdlarına qayıda bildilər”.
Tarix üzrə fəlsəfə doktoru deyib ki, müharibə cinayətləri törətdiklərini Ermənistanın keçmiş rəhbərlərinin özləri də etiraf edirlər: “ABŞ tədqiqatçısı Tomas de Vaalın “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında yer alan, Xocalı soyqırımının təşkilatçılarından biri Serj Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə söylədiyi fikirlər bunu təsdiq edir: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bunu (stereotipi) qıra bildik...”. Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyasına görə BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəlir. Belə ki, əvvəlcədən planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib”.
N.Mustafanın sözlərinə görə, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən soyqırımının daha geniş miqyasda tanıdılması hər bir azərbaycanlının borcudur: “Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Hazırda dünyanın 13 ölkəsi parlament səviyyəsində Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib”.
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışan N.Mustafa deyib ki, əslində, Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib: “Son 17 il ərzində ölkə iqtisadiyyatının gücləndirilməsi, ordunun müasir texnika ilə təchiz edilməsi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycanı qələbəyə yaxınlaşdırdı. 2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatları Zəfərlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

