Artan nüfuz və uğurlu tərəfdaşlıq
26.07.2022 [10:22]
Nicat
Ölkəmizdə aparılan məqsədyönlü dövlət siyasətinin uğurlu nəticəsi olaraq bu gün Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən uğurlu tərəfdaş kimi tanınır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan son illər ərzində istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, sosial-iqtisadi, eyni zamanda hərbi, mədəni və digər bir çox sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa, bununla da beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub. Xalqın maraqlarına, təhlükəsiz və rahat yaşayışının təmin olunmasına xidmət edən, eyni zamanda, sürətlə dəyişməkdə olan qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin müxtəlif ölkələrin, habelə, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərin, apardığı müzakirələrin və əldə olunan razılaşmaların uğurlu nəticəsi olaraq yenicə müstəqillik qazanan Azərbaycanın beynəlxalq səviyyədə həqiqi müstəqil dövlət və etibarlı strateji tərəfdaş imici formalaşdı.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Xüsusilə cari ildə xarici siyasət sahəsində olduqca böyük əhəmiyyətə malik olan addımlar atılıb. Beləliklə də Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Dövlətimizin başçısı da öz çıxışlarında bu barədə ictimaiyyətə məlumat verib. Ölkə başçısı bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib ki, bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir”.
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə də fəal əməkdaşlıq aparmaqdadır. Bunun nəticəsi kimi yaxın günlərdə Aİ ilə Azərbaycan arasında imzalanacaq önəmli sənədi nümunə gətirmək olar. Dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq.
Avropa İttifaqı Şurasının Prezidenti ilə bir neçə dəfə görüşdüyünü və telefon danışığını xatırladan Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.
Həyata keçirilən irimiqyaslı layihələr, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı istiqamətində atılan real addımlar onu deməyə əsas verir ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu bundan sonra da artmağa davam edəcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

