Liberal iqtisadiyyatın inkişafına və azad sahibkarlığa dövlət dəstəyi
04.08.2022 [10:28]
N.DİLQƏMLİ
İnkişaf etmiş iqtisadiyyata malik olmaq ölkədə bir çox əhəmiyyətli sahənin inkişafı, tərəqqisi deməkdir. Bu mənada iqtisadiyyatın inkişafını təmin etmək, artım dinamikasını qoruyub-saxlamaq olduqca önəmlidir, vacibdir. Ölkə iqtisadiyyatının inkişafını şərtləndirən mühüm amillərdən biri də azad sahibkarlığın və eyni zamanda, liberal iqtisadiyyatın formalaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, bununla yanaşı ölkədə sabit, dayanıqlı, həm də davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin və zəruri hesab edilir.
Sahibkarlara dövlət dəstəyinin, subsidiyaların, güzəştli kreditlərin verilməsi, nəticə etibarı ilə kiçik, orta və iri iş adamlarının dəstəklənməsi Azərbaycan siyasətinin əsas fəaliyyət istiqamətini təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin inkişaf siyasəti Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçımızın məqsədyönlü, uzaqgörən siyasi fəaliyyətinin nəticəsi kimi bu gün Azərbaycanda, bütün digər sahələrdə olduğu kimi, sahibkarlığın və liberal iqtisadiyyatın inkişafında da uğurlu nəticələr əldə olunub. Son bir neçə il ərzində görülən tədbirlər, həyata keçirilən layihələr sayəsində ölkəmizdə əlverişli biznes mühiti formalaşıb.
Xüsusilə vurğulamaq yerinə düşər ki, son illər ərzində ölkəmizdə aparılan iqtisadi siyasətin diqqət mərkəzində qeyri-neft sektorunun inkişafı məsələsi dayanır. Burada məqsəd neftdən asılılığı minimuma endirmək, beləliklə də digər sahələrin inkişafını təmin etmək, sürətləndirməkdir. Azad biznes mühitinin və liberal iqtisadiyyatın formalaşması üçün bir çox addımların atılması da məhz bu məqsədə xidmət edir. Bir çox sahibkara, özəlliklə də, qeyri-neft sektorunda fəaliyyət göstərən iş adamlarına və müəssisələrə xüsusi vergi, gömrük və digər güzəştlərin edilməsi bu istiqamətdə dövlət tərəfinən atılan ciddi addımlardandır. Sadalananlara paralel olaraq aşağı və ya qarşılıqsız kredit və subsidiyaların verilməsi, iqtisadi gərginlik şəraitində dövlət tərəfindən kompensasiyaların ayrılması, dövlət büdcəsindən sahibkarlara müəyyən təşviq vəsaitlərinin təmin edilməsi, xüsusi dövlət səviyyəli yoxlamaların və eyni zamanda, lisenziya tələb olunan fəaliyyət sahələrinin azaldılması, investisiya layihələrində dövlət-özəl tərəfdaşlığının yaradılması, dövlətin sahibkarlara diqqətinin artırılması ölkə səviyyəsində liberal biznes mühitinin yaranmasına çox böyük dəstək verir.
Azad sahibkarlığın təmin edilməsi dövlət büdcəsinin artmasına təsir göstərən ən əsas amillərdən biridir. Azərbaycanın ehtiyatları əsasən istiqrazlar və səhmlərdədir. Hazırda dünyada baş verən geosiyasi hadisələr səbəbindən dünyanın kapital bazarlarının çökməsi fonunda ölkəmizdə dayanıqlı iqtisadi inkişafın mövcud olması yüksək peşəkarlıqla atılan addımların parlaq nəticəsidir. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında dövlət başçımız bu məsələ haqqında da danışıb. Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik deyən ölkəmizin başçısı bunun dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olduğunu diqqətə çatdırıb: “Çünki bəli, dünyada neftin qiyməti qalxıb, amma, eyni zamanda, dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səh?lərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir”.
Ümumiyyətlə, ölkədə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində, qarşıda duran məqsədlərə nail olunmasında iqtisadiyyat əsasdır. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib:
“Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var”.
Görülən işlər, əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatına uğurlu gələcək vəd edir. Bu isə qarşıdakı illər üçün bütünlükdə əhalinin sosial rifahının, yaşayış səviyyəsinin yüksək olmasının təminatı, zəmanətidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

