Ermənistan Böyük Qayıdışdan narahatdır
20.09.2022 [10:26]
Törədilən təxribatlar həm də bu prosesə mane olmağa hədəflənib
Müşfiq Məmmədli: Rəsmi İrəvan sülhə mane olmaqla, özünütəcrid siyasətini davam etdirir
P.İSMAYILOV
2020-ci ildə Azərbaycanın qəti qələbəsi ilə nəticələnən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azad olunması ilə yanaşı, beynəlxalq ədalətin öz yerini tapmasını da şərtləndirdi. 10 noyabr üçtərəfli Bəyanatı isə həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu özündə əks etdirdi, həm də təsdiqlədi. Eləcə də, regionda yaranan yeni siyasi reallıqlar sabitliyin, davamlı sülhün təmin edilməsini mühüm amilə çevirdi. Belə ki, Cənubi Qafqazda yaranacaq aktiv əməkdaşlıq platforması məhz sabitliyə və sülhə söykənməlidir.
Ermənistan isə hər zaman olduğu kimi öz mənfur xislətindən əl çəkmir və müxtəlif təxribatlar vasitəsilə bölgədə distabillik yaratmağa çalışır. Sentyabrın 12-də baş verən erməni təxribatları regional sülhün möhkəmlənməsinə böyük maneədir. Bu, eləcə də Azərbaycanın 30 ildən sonra həyata keçirdiyi Böyük Qayıdışa əngəl yaradır. Bəlli olduğu kimi, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi respublikamızın gündəliyinin mərkəzində dayanan prioritet məsələdir. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın öz doğma yurd yerlərinə Böyük Qayıdışını yüksək səviyyədə və ləyaqətlə təmin etmək əzmindədir. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin bərpasına ötən il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Yaradılan yeni infrastruktur, çəkilən yollar, yaradılan iş yerləri işğaldan azad olunmuş regionun yenidən dirçəldilməsi üçün atılan addımlardır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan bölgədə sülhü və inkişafı hədəfləyən, əməkdaşlığı stimullaşdıran güc mərkəzi statusunda çıxış edir. Bunun qarşılığında isə təxribatları ilə ara qarışdırmağa çalışan Ermənistan üçtərəfli razılaşmanın detallarını göz ardı etməyə çalışır, beynəlxalq hüququn normalarını pozur. Amma Azərbaycanın dəmir yumruğu artıq “Dağlıq Qarabağ münaqişəsi”ni tarixə çevirib. Bu mənada, ermənilərin təxribatçı hərəkətləri özünəqəsddən uzağa getmir. Rəsmi İrəvan sülhə mane olmaqla, özünütəcrid siyasətini davam etdirir. Bununla yanaşı, erməni təxribatları 30 illik həsrətdən sonra öz doğma yurd-yuvalarına qayıdacaq insanlara böyük maneədir: “Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başlayıb. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları 11 min kvadratkilometr ərazidə, demək olar ki, hər şeyi dağıdıb və talayıblar. Dağıntıların miqyası geniş olsa da, ölkəmizin doğma torpaqları dirçəltməyə, şəhər və kəndləri yenidən qurmağa gücü və iradəsi var. Müharibənin başa çatmasından cəmi iki ilə yaxın vaxt ötüb. Ancaq bəhs olunan ərazilərdə görülən işlərin - müxtəlif təyinatlı infrastruktur quruculuğunun, tarixi mədəni-dini irsin bərpasının, yaşayış məntəqələrinin inşasının miqyası kifayət qədər genişdir”.
Millət vəkili qeyd edib ki, artıq Zəngilanda inşası tamamlanan ilk “Ağıllı kənd”ə sakinlərin köçürülməsinə start verilib. Çoxsaylı yol layihələrinin icrası tamamlanıb və yeniləri də həyata keçirilməkdədir. Bəhs olunan ərazilərdə üç beynəlxalq səviyyəli hava limanı inşa olunur. Füzuli hava limanı artıq fəaliyyət göstərir. Zəngilanda-Şərqi Zəngəzurda yaradılan ilk hava limanında bu günlərdə sınaq uçuşları uğurla həyata keçirildi. Laçın Hava Limanının inşası da yüksək templə davam etdirilir. Azərbaycan bütün bu işləri indiyədək sırf öz gücü hesabına reallaşdırıb. “Bütün bunlar məğlub Ermənistanda qısqanclıq hissi yaradır. Qarşı tərəf dövlət sərhədi boyunca təxribatlara əl atmaqla işğaldan azad olunmuş ərazilərdə çalışan insanları qorxutmaq istəyirlər. Belə təxribatlara əl atmaqla Ermənistan həm də xarici investorları Qarabağın dirçəldilməsi ilə bağlı reallaşdırılan layihələrdə iştirakdan çəkindirmək istəyir. Bəlli olduğu kimi, son vaxtlarda bir sıra ölkələrdən olan şirkətlər işğaldan azad edilmiş ərazilərə investisiyalar yönəltmək istəklərini bildiriblər. Bu da Ermənistandakı revanşist qüvvələrin narahatlığını daha da artırır. Onlar hansı yolla olursa-olsun bu proseslərə əngəllər yaratmağa uğursuz cəhdlər göstərirlər”, - deyən M.Məmmədli əlavə edib ki, ermənilərin işğaldan azad edilmiş regionlarda basdırdıqları minalar da Böyük Qayıdış üçün ən mühüm əngəllərdəndir. Bu isə birbaşa müharibə cinayətidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

