Üzümçülük ənənəsi...
24.09.2022 [12:29]
Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək
Pərviz SADAYOĞLU
Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində olacaq. Xatırladaq ki, artıq ikinci dəfədir ki, təşkil edilən festivalın məqsədi Azərbaycanda üzümçülük ənənələrinin genişləndirilməsi, yerli üzümçülük və şərab istehsalının inkişafına dəstək olmaq, şərab məhsullarının ixrac potensialının artırılması, turizm imkanlarının şaxələndirilməsidir.
Festivalın proqramına üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı maarifləndirici tədbirlərin təşkili, konsert və şoular daxildir. İki gün ərzində layihənin keçiriləcəyi məkanda fermerlər məhsullarını təqdim edəcək, dequstasiya pavilyonları qurulacaq, qastronomik, piknik və əyləncə zonaları fəaliyyət göstərəcək, tanınmış yerli və xarici müğənnilərin ifasında konsert proqramları, üzüm və şərabçılıqla bağlı səhnələşdirilmiş şoular, instalyasiyalar nümayiş olunacaq.
Üzüm və Şərab Festivalına Şamaxının ev sahibliyi etməsi isə heç də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də üzümçülük diyarı kimi tanınır. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib. Üzümçülük sahəsində qədim və zəngin ənənələrə malik Şamaxıda Üzüm və Şərab Festivalının təşkili də bu sahəyə öz töhfəsini verir.
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.
Tarixən üzümçülük ənənəsi ilə şöhrət qazanan Şamaxı ötən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə üzümçülüyün inkişafına xüsusi diqqət göstərilirdi. Bunun nəticəsi idi ki, 1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40 faizə yaxını üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar üzüm bağlarından 2 milyon 164 min ton məhsul yığılmışdı. Bu, SSRİ-də istehsal olunan üzümün 30 faizinə bərabər idi. Həmin dövrdə Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. 26 min hektar üzüm plantasiyası olan rayonda ildə orta hesabla 240 min tondan çox üzüm toplanırdı.
Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu Dövlət Proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul 2017-ci ildə götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablar istehsal olunub.
Hazırda rayonun üzümçülük ənənəsi uğurla davam və inkişaf etdirilir. Şamaxı üzümçüləri bu il də yüksək məhsuldarlıqları ilə yadda qalırlar. Qısa vaxtda plantasiyalardan 7500 tonadək süfrə və texniki üzüm sortları yığılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, hazırda Şamaxıda 1870 hektar üzüm bağı var. Bunun da 1700 hektarı bar verir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meysəri, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində daha mütəşəkkil aparılır. Cari mövsümdə mütəxəssislər 11 min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

