Vətən müharibəsində qazanılan tarixi qələbə...
12.11.2022 [11:28]
Məğlub Ermənistan razılaşmalara əməl etməlidir
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Noyabrın 8-də Azərbaycan xalqı torpaqlarımızın erməni işğalından azad edilməsinin ikinci ildönümünü böyük coşğu ilə qeyd etdi. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar olunması üçün önəmli təşəbbüslərlə çıxış edir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi hələ də bölgədə sülhün təmin olunmasına əngəl yaradır. 8 Noyabr - Zəfər Günündə Şuşada hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində ordumuzun qəhrəmanlığı, Şuşanın azad edilməsinin str?teji əhəmiyyəti haqqında fikirlərini ifadə edib, eləcə də qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.
Azərbaycan Prezidenti çıxışı zamanı hansı mesajları verdi? Ermənistan verilən mesajlardan nəticə çıxarmasa, onu nə gözləyir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov bildirib ki, Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev iki il bundan əvvəl xalqımızın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsini geniş təhlil edərək, Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısı, həmçinin müəyyən dairələrə sərt xəbərdarlıq etdi. Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad etməklə Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını qeyd edən Prezident İlham Əliyev əsgər və zabitlərinin şücaətini yüksək qiymətləndirdi. Vətən müharibəsində insanlarımızın həmrəy və çox əzmkar olduqlarını vurğulayan Müzəffər Ali Baş Komandan Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadığını qeyd edib. Halbuki Ermənistan ordusunda döyüşdən yayınanların sayı on mindən çox olub. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya çatdırmağa çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Lakin Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yolun bir çox istiqamətlərdən keçdiyini deyən millət vəkili güclü iqtisadiyyatın olmasını ən əsas şərt kimi qeyd edib. Bu gün dünyada baş verən iqtisadi proseslər, çətinliklər, böhranlar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Ağır müharibədən çıxmış ölkəmizin işğaldan azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparması bunun sübutudur.
YAP İdarə Heyətinin üzvü söyləyib ki, həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanıb, eyni zamanda Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılıb. Vətən müharibəsinə qədər olan dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul ediblər. Bütün bunlar haqq işi uğrunda qələbəmiz üçün beynəlxalq hüquqi zəmin hazırlayıb. Prezident İlham Əliyev çıxışı zamanı bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlarının heç bir nəticə vermədiyini də diqqətə çatdırdı. Azərbaycanın regionda və dünyada əsas söz sahiblərindən olduğuna diqqət çəkən dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə icra edilən layihələrin həm özümüzə, həm də tərəfdaşlarımıza böyük həcmdə fayda gətirdiyini vurğuladı. Hazırda nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı artıq onlarladır. Məhz bu layihələr ölkəmizə əlavə maliyyə imkanı yaratdı və bu maliyyə imkanları hərbi potensialın gücləndirilməsinə yönəldildi.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşadan verdiyi mesajla bildirdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır. Odla oynamağın qarşı tərəfə baha başa gələcəyini qeyd edən dövlətimizin başçısı, onların “Fərrux” və “Qisas” əməliyyatlarının, sərhəddə baş verən 13-14 sentyabr hadisələrindən dərs çıxarmalarını tövsiyə etdi. Azərbaycan Prezidenti bildirdi ki, biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, növbəti dəfə xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyənlərin qurbanına çevrilə bilərlər. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquqa əsaslan şərtləri qəbul etməli və bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır”, - deyə C.Osmanov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

