Biz birlikdə güclüyük!
25.11.2022 [10:41]
MÜŞFİQƏ
Dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı son illər nəzərəçarpacaq dərəcədə artıb. Onların doğma Vətənə bağlılığı güclənib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası ətrafında birliyi daha da möhkəmlənib.
Ölkəmizin ən çətin və sınaqlı günlərində gecəsini gündüzünə qatan soydaşlarımız “Qarabağ Azərbaycandır!”, “Biz birlikdə güclüyük!”, “Dəmir yumruq!” şüarları altında birləşdilər. Möhtəşəm milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərdilər, haqq səsimizin dünyaya çatdırılmasında da böyük fədakarlıq nümayiş etdirdilər.
Bu gün bütün dünya azərbaycanlıları başını dik tutub
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib: “...Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”.
Səfərbər olun!
Zaman yenidən həmrəy olmağın və haqq səsimizi dünyaya çatdırmağın zamanıdır. Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Bu məqsədlə də Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan Fransa dövləti 30 il ərzində Azərbaycan həqiqətlərinə ikili standartlar əsasında yanaşıb, anti-Azərbaycan qərar və bəyanatları ilə fərqlənib. Fransa Senatında qəbul olunan və Milli Assambleyada müzakirəyə çıxarılacaq son qətnamə də uzun illər davam edən münasibətin nəticəsidir.
O da vurğulanıb ki, sözügedən qətnamə layihəsi gündəmə gələn ilk gündən dünya azərbaycanlıları buna etiraz etmək məqsədilə səfərbər olaraq qüvvələrini birləşdiriblər. Bununla bağlı bəyanatlar yayılıb, məqalələr dərc olunub, sosial şəbəkələrdə kampaniyalar keçirilib. Buna misal olaraq bütün senatorların rəsmi elektron ünvanlarına 418 müraciət göndərilib, 348 senatorun tvitter hesabları vahid həştəqlə işarələnərək erməni yalanlarına uymamaq, təcavüzkar ölkəni dəstəkləməmək və Azərbaycana qarşı obyektiv olmaq çağırışları edilib.
Aparılan tvitter kampaniyası nəticəsində azərbaycanlıların haqq səsi təkcə bir gün ərzində 45 min fransıza çatdırılıb. Bu paylaşımlarda Fransa və fransızların Azərbaycan həqiqətləri - Xocalı soyqırımı, Oxçuçayın çirkləndirilməsi, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi, Azərbaycanla dövlət sərhədində Ermənistanın təxribatları kimi mövzulara səssiz qalmaması və bundan sonra ikili standartlardan kənar həssas yanaşma nümayiş etdirmək tələb olunub. Qətnamə layihəsi Senatda müzakirə olunan gün diaspor üzvləri Senatın binası qarşısında icazəli piket keçiriblər.
Diaspora sonda soydaşlarımızı səfərbər olmağa səsləyib: “Əziz soydaşlar! Noyabrın 28-də Azərbaycana qarşı bədnam qətnamənin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacağını nəzərə alaraq sizi bir daha səfərbər olmağa, Azərbaycanın haqq səsini və ədalətli mövqeyini Assambleya üzvlərinə çatdırmaq üçün qüvvələrinizi birləşdirməyə və yaşadığınız ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq öz münasibətinizi bildirməyə çağırırıq. Biz birlikdə güclüyük!”
Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlərdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

