Cəmiyyəti dövlətlə birləşdirən qırılmaz bağlar
10.12.2022 [11:30]
İctimai maraqların müdafiəsi Azərbaycan üçün prioritetdir
Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi, məhz həyata keçirilən uğurlu siyasət sayəsində təmin edilir.
Nəzərə alsaq ki, ictimai və dövlət maraqlarının müdafiəsi sözün əsl mənasında həyati əhəmiyyət kəsb edir, bu məsələ daim öz aktuallığını qoruyur. Bu baxımdan ictimai və dövlət maraqlarının müdafiəsi ölkəmizdə əsas vəzifələrdən biri hesab olunur. Cəmiyyəti təşkil edən fərdlərin birgə marağında olan məsələlər, ümumilikdə, çoxluğun maraqları ictimai maraqlardır və bu maraqların tanınması, təbliği və müdafiəsi hökumət tərəfindən sığortalanır, qorunur. İctimai maraqlar dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir imkanlarına malikdir və məhz bu baxımdan dövlət tərəfindən tənzimlənir və hətta müdafiə edilir. Eyni zamanda, ictimai maraqların müdafiəsini müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla gerçəkləşdirə bilər.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bəşəri və milli dəyərləri nəzərə alan, qoruyan və geniş miqyasda təbliğ edən ölkədir: “Bu baxımdan ictimai və milli maraqların təmin olunması ölkəmizdə prioritet məsələlərdən hesab olunur. Azərbaycan xalqının dəyərləri, insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai və milli maraqlar məcmusudur. Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir, eləcə də bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacarır. Məhz ideal cəmiyyətin formalaşması üçün həm dövlətin mənafeyinə zərər gəlməməsi, həm ictimai maraqların təmin edilməsi, həm də ortaq maraqların müəyyənləşdirilməsi tələb olunur ki, ölkəmizdə belə bir mühitin formalaşdığının hər kəs şahididir.
Ölkə başçısı cənab Prezident İlham Əliyevin, “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri də təsdiq edir ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti mövcuddur və bu siyasət Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Məhz bu ideologiya sayəsində də milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşür ki, bu da dövlətin suverenliyinin daha da möhkəmlənməsi deməkdir”.
Deputatın sözlərinə görə, cəmiyyətlə dövləti birləşdirən qırılmaz bağlar var və bu danılmazdır: “Əgər cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonunda böyük bir toplum kimi çıxış edirsə, dövlət də bu toplumu bir araya gətirməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür və bu baxımdan cəmiyyət və dövlətin bir-birindən ayrı mövcud olması mümkünsüzdür. Əks halda mütərəqqi inkişafdan söhbət belə gedə bilməz və məhz mütərəqqi inkişafa ictimai maraqla dövlətin maraqlarının üst-üstə düşməsi nəticəsində nail olmaq olar.
Dövlətimizin ictimai maraqların təminatçısı rolunda çıxış etməsi ölkəmizdə təhsil, səhiyyə, gənclər, idman siyasətində də keçirilən islahatlardan aydın şəkildə görünür. Bunu eləcə də, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsi kimi ictimai maraqların təmin edilməsində də görmək mümkündür. İctimai və dövlət maraqlarının müdafiəsi müstəqil, azad, inkişaf etmiş, sabit, təhlükəsiz bir ölkədə yaşamaq deməkdir və məhz bu baxımdan da ölkə vətəndaşları, cəmiyyət üzvləri üçün böyük məna kəsb edir, əhəmiyyət daşıyır, hətta, bütün vətəndaşların mənəvi borcu sayılır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün, hər zaman mühüm, müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan da ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman, hər yerdə öz aktuallığını qoruyur. Bəli, elə buna görə də bu vəzifələr, ictimai və dövlət maraqlarının qorunması əsas vəzifələrdəndir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Günel ABBAS
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

