Böyük ideologiyanın izi ilə...
11.03.2023 [11:15]
Günel ABBASOVA
Hər bir dövlət o zaman güclü olur ki, onun güclü ideoloji əsasları olsun. Bu mənada Azərbaycan dövlətinin bəxti gətirib. Dövlətimizin Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası var. Hansı ki, bu ideologiya bütün dünya azərbaycanlılarını bir araya gətirən ənənəyə çevrilib. Azərbaycançılıq ideologiyasının necə güclü bir vasitə olduğunu zaman-zaman öz təcrübələrimizdə müşahidə etmişik. Xalqımızın ən çətin vaxtlarında bir bayraq ətrafında birləşməsində bu idelogiya əvəzedilməz rol oynayıb. Vətən müharibəsində bütün dünya azərbaycanlıları vahid bayraq altında birləşərək öz güclərini düşməni məğlub etməyə yönəltdilər. Hətta bəzi partiyalar belə öz siyasi fikir ayrılıqlarını kənara qoyub, ölkə rəhbərini dəstəkləyən bəyanatlarla çıxış etdilər. Bunların hər birinin əsasında, heç şübhəsiz azərbaycançılıq ideologiyası dayanır.
Qeyd etdiyimiz kimi, azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan həmyerlilərimizi əhatə etməklə kifayətlənmir. Həm də müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən, orada məskunlaşan soydaşlarımız bu ideologiya ətrafında sıx birləşir. Azərbaycançılıq ideologiyası həmin ölkələrdə yaşayan azərbaycanlılar üçün bir növ mayak rolunu oynayır. Bu ideologiya onların mədəniyyətimizi, ənənələrimizi daim təbliğ etmələri, yaşatmaları üçün önəmli vasitədir.
Ulu Öndər xaricdə yaşayan vətəndaşlarla görüşlərində bu məsələlərə xüsusi diqqət ayırırdı. Bu məqamda azərbaycançılıq ideologiyasının ən yaxşı təbliğ edildiyi Gürcüstandan söz açmaq yerinə düşərdi. Heydər Əliyev Gürcüstana səfəri zamanı azərbaycanlılarla görüşündən məhz bu məsələlərə toxunmuşdu. O həmin görüşdə tarixi əhəmiyyət kəsb edən ifadə işlədərək Gürcüstanda yaşayan azərbaycanlıların diaspor deyil, aborigen xalq olduğunu vurğulamışdı. Soydaşlarımıza Gürcüstan sizin vətəninizdir, siz də bizim soydaşlarımızsınız və tək deyilsiniz deyərək hər zaman Azərbaycan dövlətinin onların yanında olduğunu qeyd etmişdi.
Gürcüstanda yaşayan və jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Almaz Nadiroğlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün də Gürcüstan Azərbaycan münasibətlərinin inkişafı yüksək səviyyədədir: “İllər öncə təməli qoyulan ideologiyanın nəticəsidir ki, bu gün Gürcüstanda yaşayan həmyerlilərimiz özünü bu ölkədə yad kimi hiss etmir. Burada öz adət-ənənələrini sərbəst şəkildə yaşadırlar. Buradakı azərbaycanlıların qədim tarixi, mədəniyyəti, adət-ənənələri var. Telavi rayonunun Qaracala kəndinin 500 ildən çox yaşı var. Laqodexinin Qabal kəndi, həmçinin çox qədim yaşayış məntəqəsidir. Ümummilli Liderimizin diqqət və qayğısı nəticəsində bu gün paytaxt Tbilisidə Mirzə Fətəli Axundzadənin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeyləri fəaliyyət göstərir. Tbilisidəki küçələrin birinə Bakı adı verilib. Daha bir neçə küçə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daşıyır”.
Onun sözlərinə görə, hazırda Azərbaycan ilə Gürcüstan arasındakı nümunəvi dostluq əlaqələrinin mövcudluğu dərin məmnunluq hissi doğurur: “Bu gün Tbilisinin mərkəzində və Rustavi şəhərində Heydər Əliyev Parkının salınması, Ulu Öndərin abidəsinin ucaldılması ölkələrimiz arasındakı möhkəm və sarsılmaz dostluğun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ona görə də inanırıq ki, ölkələrimiz arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri daim yaşayacaq. Heydər Əliyevin xatirəsi isə Gürcüstan azərbaycanlılarının və gürcü xalqının yaddaşından heç vaxt silinməyəcək”.
Gənc jurnalist qeyd edib ki, Gürcüstan mətbuatında mütəmadi olaraq Azərbaycanla bağlı yazılar, materiallar dərc olunur: “Hətta ötən ay Gürcüstanın “Sakartvelos Respublika” qəzeti müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə məqalələr dərc etməyə başladı. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və “Alyans” Gənclər Mərkəzinin “Heydər
Əliyev İli” çərçivəsində birgə layihəsi əsasında qəzet vaxtilə dahi şəxsiyyətlə görüşmüş gürcü ictimai-siyasi xadimlərinin, həmçinin Gürcüstan azərbaycanlılarının müsahibələrini məqalə şəklində təqdim edir. Məqalələrin müəllifi Gürcüstanın əməkdar jurnalisti Quram Qoqiaşvilidir. “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalədə Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz Bəkirovun fikirlərinə də yer verilib”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği - “Heydər Əliyev İli”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18

