Tarazlı inkişaf strateji məqsəd kimi
05.10.2023 [11:46]
Regionların inkişafı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir
Günel ABBAS
Paytaxtlarla, iri şəhərlərlə əyalətlər arasında fərqin artması bütün dünyada narahatlıq yaradan məsələlərdəndir. Müşahidə edirik: Bir sıra ölkələrdə inkişaf əsasən, iri şəhərlər, ələlxüsus da sənaye mərkəzləri ətrafında təmərküzləşir. Beləliklə, əyalətlər, necə deyərlər, gözdən-könüldən uzaq düşür, inkişafla bağlı ciddi problemlər yaşanır. Azərbaycan nümunəsində isə biz tamam fərqli bir mənzərənin şahidi oluruq.
2004-cü ildən bəri Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi ilə inkişafın fərqli modelinin tətbiqinə başlayıb. Bu model özündə ölkənin bütün bölgələrinin tarazlı inkişafını ehtiva edir. Ölkəmizin spesifik inkişaf modelinin özəlliyindən bəhs edən ekspert Aygün Məmmədova vurğulayıb ki, Azərbaycanda regionların inkişafına ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Başqa sözlə desək, ölkə üzrə tarazlı inkişafın təmin olunması strateji məqsəd kimi qarşıya qoyulub və son 19 ildə bu hədəfə doğru inamlı addımlar atılıb. “Respublikamızda Prezident İlham
Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olundu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda yeni Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir”, - deyə ekspert vurğulayıb.
Aygün Məmmədova bildirib ki, Azərbaycanın hər bölgəsinin özünəməxsus iqtisadi potensialı var. Dövlət proqramları hazırlanarkən bölgələrin iqtisadi resursları, əmək ehtiyatları və əlbəttə ki, həlli vacib olan məsələlər, insanların istəkləri nəzərə alınıb. Bütün bunlar isə regional inkişaf proqramlarının uğurlu icrasını şərtləndirir.
Bölgələr üzrə güclü infrastruktur təminatı
Aygün Məmmədova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasında bütün ölkə üzrə yüksək səviyyəli infrastrukturun yaradılması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. “Dövlət başçısı dəfələrlə belə bir fikri əsaslandırıb ki, zəruri infrastruktur yaradılmadan ölkə üzrə iqtisadi inkişafı təmin etmək mümkün deyil. Prezident İlham Əliyev infrastruktur quruculuğuna həm də insanların həyatı ilə sıx şəkildə bağlı olan sosial məsələ kimi baxır. Beləliklə, əgər bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur varsa, deməli, inkişaf da olacaq, insanların məmnunluğu da artacaq”, - deyə ekspert bildirib.
A.Məmmədovanın sözlərinə görə, respublikamızda regional inkişaf proqramları çərçivəsində reallaşdırılan infrastruktur quruculuğu ölkənin bütün bölgələrini əhatə etməklə müxtəlif istiqamətlərdə aparılır. Fikirlərinə davam edən ekspert vurğulayıb: “Respublikamızda yol layihələrinin icrası geniş vüsət alıb. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında bu gün regionlarda kənd yolları da yüksək səviyyədə yenidən qurulur. Hazırda ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb, hətta ucqar dağ kəndlərinə belə “mavi yanacaq” xətləri çəkilib. Bir vaxtlar ölkənin regionlarının elektrik enerjisi təminatında çox ciddi çətinliklər yaşanırdı. Ancaq regional inkişaf proqramları çərçivəsində görülən işlərin nəticəsi olaraq ölkə üzrə elektrik enerjisi ilə təchizatda hər hansı bir problem yaşanmır. Bütövlükdə hazırda Azərbaycanın infrastruktur təminatının dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə yüksəldiyi qənaətini tam əminliklə bölüşə bilərik”.
Quba-Xaçmaz iqtisadi rayonu üzrə müsbət dəyişikliklər
“Müsbət dəyişiklikləri, həmçinin Quba-Xaçmaz iqtisadi rayonu üzrə də izləmək mümkündür. Bu iqtisadi rayona Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları daxildir. Son illərdə sadalanan hər bir rayonun siması dəyişib. İqtisadi rayon üzrə sahibkarlığın inkişafı güclü şəkildə təşviq olunur. Yerli sahibkarlar bölgə üçün xarakterik olan təsərrüfat sahələri ilə məşğul olmağa üstünlük verirlər. Sahibkarlar özəl təsərrüfatlarını yaradarkən bir qayda olaraq dövlət dəstəyindən, güzəştli kreditlərdən bəhrələnirlər. Fermerlərə müxtəlif sahələr üzrə subsidiyaların verilməsi onların əkin-biçinə marağını artırıb. Quba-Xaçmaz iqtisadi rayonunda respublika üzrə ilk dəfə olaraq ağıllı bağ təsərrüfatı yaradılıb. Son illərdə respublikamızda aqroparkların yaradılması geniş vüsət alıb. Dövlət başçısının iştirakı ilə Xaçmaz rayonunda istifadəyə verilən Yalama aqroparkı bu sahədə fəaliyyətə başlayan ilk təsərrüfatlardandır. 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Uğurlu nəticələr qazanan aqropark getdikcə fəaliyyətini daha da genişləndirir”.
O, vurğulayıb ki, regional inkişaf proqramlarının Quba-Xaçmaz iqtisadi rayonu üzrə yerinə yetirilməsindən söhbət açarkən Taxtakörpü su anbarının tikintisini xatırlamamaq mümkün deyil. Bu, nəhəng infrastruktur obyektidir və onun sayəsində şimal bölgəsində həm əhalinin, həm də təsərrüfatların su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün iqtisadi rayon üzrə aqrar sektorun inkişafında, dövriyyəyə yeni torpaqların cəlb olunmasında Taxtakörpü su anbarının rolu əvəzsizdir.
Ekspert Quba-Xaçmaz iqtisadi rayonunun kənd təsərrüfatı potensialı kimi, turizm imkanlarının da kifayət qədər geniş olduğunu bildirib. “Respublika üzrə ən böyük aqropark bu bölgədə yaradılıb. Eyni zamanda, respublikamızın ən iri turizm obyekti olan “Şahdağ” Turizm Kompleksi də şimal-qərb bölgəsində yerləşir. Bu unikal istirahət mərkəzi qısa müddətdə həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından kənarda böyük şöhrət qazanıb”, - deyə A.Məmmədova bildirib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48

