Fikir və söz azadlığı!
17.11.2023 [11:06]
Demokratik inkişafın əsası kimi...
Y.SAHİB
Demokratiyanın əsas prioritetlərindən biri söz və məlumat azadlığıdır. Belə ki, insan hüquqlarının pozulması hallarında daha çox söz azadlığı olmayan ölkələrdə rast gəlinir. Hər kəsin fikrini sərbəst ifadə etmək və söz azadlığı var. Bu prinsip məhz hüquqi dövlətin və vətəndaş cəmiyyətində şəffaf mühitin formalaşdığının göstəricisidir.
Bəşər tarixi söz və mətbuat azadlığı uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil cəmiyyət formalaşanda azad fikir, sərbəst düşüncə ifadə etməyə və dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdu. Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özünüifadə istəyi əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin də başlıca qayəsini təşkil edib.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ölkədə söz və məlumat azadlığının qanunvericilik əsaslarını müəyyənləşdirən, tənzimləyən mükəmməl qanunlar toplusu mövcuddur: “Bu qanunlara uyğun olaraq söz və məlumat azadlığının aydın, praktik modeli formalaşıb. Söz azadlığının ölkədə ən mühüm tənzimləyicisi, təbii ki, Azərbaycan qanunlarıdır. Aydın məsələdir ki, bütün hallarda söz və məlumat azadlığını mövcud qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırmaq çətin olur. Müəyyən hallarda söz və məlumat azadlığından sui-istifadə hallarına rast gəlinir, bunu tənzimləyən qanunvericilik aktlarının yaratdığı geniş imkanlardan heç də yetərincə istifadə etməmək təzahürlərini görürük. Amma ümumən proses qanunun normalarına və Konstitusiya əsaslarına uyğun davam edir”.
A.Quliyev bildirib ki, söz azadlığının praktiki həyata keçirilməsinin ən müxtəlif institutları artıq yaradılıb: “Bu sırada mətbuatı deyə bilərəm. Onlayn və audiovizual media orqanlarını, kitab çapını, elmi tədqiqat, araşdırma işlərini, şəxsi yazışmaların məxfiliyini də qeyd etmək olar. Hansı ki, bunlar ölkədə söz azadlığının ifadə olunmasının müxtəlif və zəngin formalarından biridir. Dövlətin müvafiq strukturları söz azadlığının inkişafı üçün yeni yaranan institut və vasitələri təşviq edir, onlara dəstək verir. Artıq rəqəmsal müstəvidə audio və videokontent materiallarının yayıldığını da müşahidə edirik. Bu da ənənəvi söz azadlığı institutlarının üzərində yaranmış ən yeni texnologiyalardır”.
Baş redaktorun sözlərinə görə, məlumat azadlığı ilə bağlı praktikanın institutlaşmasının şahidiyik: “Məlumat azadlğını tənzimləyən qanun normaları mövcuddur. Dövlət sirrlərinin qorunması ilə bağlı ayrıca qanunvericilik aktı var. Məlumatların toplanması və yayılması ilə bağlı fəaliyyət formaları qanunvericilik əsaslarında tənzimlənir. Eyni zamanda şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunub-saxlanmasını təmin edən qanunvericilik aktları mövcuddur. Ölkədə məlumat azadlığının mühüm həlqələrindən biri sayılan məlumat mənbələrinin qanun çərçivəsində açıq davranışı, məlumat yayımının sərbəstliyinin və məcburiliyinin təmin olunması kimi amillərdən də danışa bilərik. Bəllidir ki, bütün dövlət orqanlarında, şirkətlərdə qanunla yayılmasına icazə verilən məlumatların yayılması ilə bağlı məcburi normalar var. Hətta dövlət orqanları və şirkətlərdə qanuni məlumatların yayılması ilə məşğul olan ayrıca strukturların yaradılması kimi praktika mövcuddur. Nazirliklər, iri şirkətlər məlumat yayımı üzrə ayrıca strukturlar yaratmağa qanunla məcburdurlar ki, həmin orqanların fəaliyyəti ilə cəmiyyət arasında təmas, körpü qurula bilsinlər”.
A.Quliyev vurğulayıb ki, məlumat azadlığının təminində ilkin mənbə çox əhəmiyyətli amildir: “Həmin mənbələrdən məlumatın geniş ictimaiyyətə yayılmasında isə ayrı-ayrı fərdlər, o cümlədən mətbuat, audiovizual media orqanları və s. fəal şəkildə iştirak edirlər. Bir sözlə, ölkədə söz və məlumat azadlığı həm qanunvericiliyin təkmilləşdirilməsi müstəvisində dinamik prosesdir, həm də onun praktik modeli perspektiv və inkişafyönümlüdür. Bəzi hallarda söz və məlumat azadlığından sui-istifadə hallarına rast gəlinir. Bu, çox üzücüdür. Bununla həm administrativ müstəvidə, həm də qanunvericilik müstəvisində mübarizə gedir. Eyni zamanda, söz və məlumat azadlığının yaratdığı böyük imkanlardan heç də sona qədər məharətlə və tam istifadə olunmaması hallarının da şahidiyik. Bunların hər ikisi, təbii ki, nöqsan və ziyanlı təmayüllərdir. Amma bizim üçün maraqlı əsas təmayül budur ki, artıq söz və məlumat azadlığının praktik və qanunvericilik dinamikasını özündə əks etdirən bir model formalaşıb”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

