Peşə təhsili inkişaf etdirilməlidir
07.12.2023 [10:50]
Elmi saytların yaradılması vacibdir...
Xalqın ideologiyasının təbliğində təhsil proqramların rolu əvəzsizdir. Şübhəsiz ki, bu sahədə ciddi yeniliklərin olması arzuediləndir. Ölkəmiz tarixən dünyanın elm-mədəniyyət ocaqlarından biri olub və bundan sonra da bu yolda irəliləməkdə maraqlıdır. Bu sahənin təbliğində isə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Təhsilin əsas məqsədi öz-özlüyündə bilik əldə etməkdən daha çox qlobal kapitalizmin tələbatını ödəmək üçün lazım olan bacarıqlar əldə etməyə xidmət edir. Təhsil sahəsində uğur qazanmaq, təhsilimizin dünya təhsil sisteminə daha sürətlə inteqrasiyasına nail olmaq üçün bütövlükdə, cəmiyyətdə yeniləşmə, inkişaf meylləri olmalıdır. Dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac duyulur. Belə ki, daha da geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz hər zaman olmalıdır. Bu baxımdan söyləyə bilərik ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən, dünyaya nümunə göstərilən ölkə hesab olunub. Ekspertin sözlərinə görə, azərbaycanlı alimlərin, elm xadimlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiralar mövcuddur, bunun da faydası cəmiyyət üçündür: “Əgər bu ənənələr davam etməzsə, deməli, həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarının inkişafı ölkəmizin mövcud potensialı ilə adekvat sayıla bilməz. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında rol oynayırsa, deməli, bu istiqamətdə diqqət daha da artırılmalıdır. Həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynadığı halda, onların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib məsələ olduğu ortaya çıxır. Bu baxımdan həmin proqramlarda əks olunanların icra prosesinə xüsusi diqqət edilməlidir”.
N.İsrafilovun fikrincə, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar deməkdir: “Daha dəqiq desək, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş və əhatəli yayılması üçün əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, həmin proqramların geniş şəkildə canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin təbliğinə televiziyalar da xüsusi yer ayırmalıdır. Şou proqramların yerinə maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramlar hazırlanmalı və əhaliyə təqdim olunmalıdır”.
Ekspertin qənaətincə, elmin populyarlaşdırılması istiqamətində layihələrin işlənməsi də olduqca vacibdir: “İndi biz informasiya əsrində yaşayırıq. Elm və təhsil sahəsində bir portal yaradılmalı və onlar arasında rəqabət təmin olunmalıdır. Elmi saytların yaradılması həddindən artıq vacibdir. Yeni məzmun istiqamətində addımlamalıyıq. Azərbaycanda universitetlərdə “boloniya sistemi” tətbiq olunur. Boloniya bəyannaməsinin bizim üçün hansı tərəfinin vacib olmasına diqqət yetirilməlidir. Akkreditasiya məsələləri, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, tələbə-müəllim mobilliyi də mühüm məsələlərdən biridir. Bütün dünyada belə hesab edirlər ki, təhsilin əsas pilləsi və uşaqların təfəkkürü məhz ibtidai təhsil zamanı formalaşır. Peşə təhsili inkişaf etməlidir. Artıq bütün dünyada yeni peşə atlasları yaranıb. O atlaslara hansı peşələr daxildir və biz bunun hansı istiqamətini götürə biləriksə, onu aydınlaşdırmalıyıq”.
N.İsrafilov qeyd edib ki, bir çox ölkələrdə ailə təhsil sisteminin bünövrəsi, alt infrastrukturu hesab edilir: “Dövlətin təhsil sistemi ailə ilə birlikdə uyumlu bir şəkildə cəmiyyətə, dövlətin inkişaf məqsədlərinə cavab verən vətəndaşın yetişdirilməsində fəaliyyət göstərir. Burda həmçinin əsas amillərdən biri informasiyadır. Yəni təhsilalan hansı mənbələrdən, hansı məzmunda informasiya alır və bu informasiya onun üçün nə dərəcədə faydalı və zəruridir. Nə qədər qəribə olsa da, araşdırmalar göstərir ki, təhsilin inkişafına təsir edən amillər içərisində məktəb və müəllim sonuncu yerdə dayanır. Bu baxımdan təhsilin inkişafına cəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

