Keçid balları aşağı salınacaq?
09.01.2024 [11:20]
Abituriyentlər və valideynlər diqqətli olmalıdırlar...
Son zamanlar ali məktəblərə qəbul imtahanlarında keçid ballarının aşağı düşməsi ilə bağlı bəzi iddialar səslənir. Bununla bağlı sosial şəbəkələrdə müəyyən müzakirələr gedir. İnsanların bir qismi bunu müsbət dəyərləndirsə də, əksəriyyət bu halın gələcəkdə yarada biləcəyi problemlərdən, hətta savadsızlığa yol aça biləcəyindən narahatdır.
60 mindən çox plan yeri var...
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, ali məktəblərə nəzərdə tutulan plan yerlərində artım olacaq. Onun sözlərinə görə, 2026-cı ilə qədər dövlətin müəyyən etdiyi bir strategiya mövcuddur: “Bu layihə çərçivəsində ümumi ali məktəblərə plan yerlərinin artırılması nəzərdə tutulur. Son zamanlar kimlərsə belə bir informasiya verib ki, keçid balları aşağı düşəcək. İnformasiyanın verilməsinin özündə çatışmazlıq var. Çünki bütün ixtisaslar üzrə və yaxud da bütün ixtisas qrupları üzrə keçid ballarının aşağı düşəcəyini indidən deyə bilmərik. Hələ ali təhsil müəssisələrinə ərizə qəbulu olmayıb. Ümumiyyətlə, hansı ixtisas qrupu üzrə neçə abituriyent müraciət edəcək, bu haqda informasiyaya sahib deyilik. Eyni zamanda buraxılış imtahanlarının nəticələri bəlli deyil. Hələ buraxılış imtahanları mart ayında keçiriləcək. Sadəcə, ümumi plan yeri dövlət sosial iqtisadi inkişaf proqramını nəzərə alanda dövlət başçısı tərəfindən müvafiq olaraq nəzərdə tutulub ki, ən azı ali təhsil müəssisələrində 2026-cı ilə qədər tələbə qəbul planı 70000, hətta üzərində qeydə alınsın. O nöqteyi-nəzərdən builki qəbulun ən azı 60 minə çatdırılması gözlənilir. Bilirik ki, Qarabağ Universiteti yaradılıb və ora ən azından ilkin mərhələdə təxminən 500-ə yaxın yer ayrılmalıdır və bəlkə də çox, bəlkə də az ola bilər. Ondan sonrakı mərhələdə eyni zamanda İtaliya-Azərbaycan Universitetinə qəbul aparıla bilər. Təbii ki, bəzi universitetlərdə mövcud ixtisaslar üzrə plan yerlərinin sayında bir qədər artım, yəni bunların hesabına ümumi plan yeri təxminən 60 minə yaxın olacaq. 2023-cü ildə 57000 plan yeri var idisə, bu il 60000 gözlənilir”.
Düzgün yanaşma deyil...
Ekspertin sözlərinə görə, artacaq plan yerlərinin olması o demək deyil ki, keçid balları aşağı enəcək: “Yəni belə bir fikrin formalaşdırılması indidən abituriyentləri bir qədər arxayın salır və nəticə etibarilə bu fikri ortalığa atan şəxslər bir növ öz məqsədlərinə çatmış olurlar. Halbuki indi hələ imtahanların heç biri olmamış, eyni zamanda elektron ərizə qəbulu həyata keçirilməmiş belə bir fikrin ortalığa atılması, fikrimcə, məsələyə doğru yanaşma deyil. Məsələn, ola bilər ki, birinci ixtisas qrupunda plan yeri çox arta bilər. Bu, o deməkdir ki, yalnız birinci qrupda keçid ballarında müəyyən aşağı enmə halları müşahidə edəcəyik. Amma qalan digər qruplarda bu hal yaşanacaqmı? Əlbəttə, xeyr. Onun üçün də, yəni bütün qruplara şamil edib ümumi fikir səsləndirmək, keçid balları aşağı enəcək demək doğru deyil. Yəni, təbii ki, keçid ballarında artırılmış plan yerləri müəyyən qədər təsirsiz ötüşməyəcək. Bir var ki, 60000 qəbul aparıla, bir də var 50000 qəbul aparıla. Hər il ali təhsil müəssisələrinə təxminən ümumi buraxılış imtahanlarında birinci mərhələdə 100 minə yaxın abituriyent iştirak edir. Blok mərhələsində hesablayanda təxminən abituriyentlərin sayı hardasa 80-85 min civarında olur. Amma təkcə müsabiqələrdə abituriyent iştirak etmir. Nəzərə almaq lazımdır ki, subbakalavrlar da iştirak edir və biz elə ixtisaslar var ki, orada konkret olaraq subbakalavrların qəbul olunduğunu gördük. Ora abituriyentlərin qəbul olunması artıq mümkün olmur. Məsələn, 150 bal toplayan abituriyentlər olur. Subbakalavr var ki, onlar yalnız 200 ballıq ixtisasların müsabiqəsində iştirak edə bilirlər, ora subakalavr düşür, abituriyent düşmür. Amma o nöqteyi nəzərdən deyə bilmərik ki, keçid balları aşağı enəcək”.
Bu durum abituriyentləri çaşdırır...
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54

