Gənclər seçki prosesində iştiraka təşviq edilir
26.01.2024 [10:40]
Günel ABBAS
Azərbaycan gəncləri bu gün dövlətin işində yaxından iştirak edir. Onlar müxtəlif qurumlarda - parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycanda 200-ə yaxın gənclər təşkilatı və 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları mövcuddur. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir. Məsələn, gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktual hesab oluna bilər.
Yerli təşkilatlarda fəaliyyət göstərən gənclər beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, Avropa İttifaqı, UNESCO, Müstəqil Dövlətlər Birliyi və s.) gənclər proqramlarının işində də yaxından iştirak edir. Bu öz əksini həyata keçirilən çoxsaylı birgə layihələrdə, ölkəmizdə keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərində, qarşılıqlı mübadilə səfərlərində və s. tapıb.
Ötən illər ərzində Bakıda keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərinə nümunə kimi Avropa Gənclər Forumunun Üzv Təşkilatları Şurasının iclasını (27-28 aprel 2007-ci il), “Avropa Şurasının Avropa Gənclər Fondu və Fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminarı (14 may 2013-cü il), AŞ-nin İdmanla bağlı Genişləndirilmiş Hissəvi Sazişinin İcraiyyə Şurasının və Məşvərət Komitəsinin iclaslarını (25-27 may 2009), AŞ İdmana məsul nazirlərin 18-ci Qeyri-Formal Konfransını (22 sentyabr 2010-cu il), BMT baş katibinin gənclər siyasəti üzrə elçisi, BMT İnkişaf Proqramı, YUNESKO, AŞ və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil edilmiş Gənclər siyasəti üzrə birinci Qlobal Forumu (28-30 oktyabr 2014-cü il) və s. qeyd etmək olar.
Bu fəaliyyətlər 7 fevral tarixində baş tutacaq seçki prosesinə də aid edilir. Belə ki, gənclərin qarşıdan gələn seçkilərdə fəal iştirakı təşviq edilir, bununla bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, ötən gün İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, müxtəlif gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Gənclərin seçki prosesində iştirakının təşviqi” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirə Tatarıstanın (RF) aparıcı “Selet” gənclər hərəkatının rəhbəri Aygül Qabdrrəhmanova, Qazaxıstanın aparıcı hakim “Amanat” partiyasının “Jastar Ruhu” gənclər qolunun direktoru Akerke İsgəndərova, Avropada müsəlman icmaları ilə iş üzrə Rumıniya “Şəhrizad” Gənclər Fondunun prezidenti Vəcihə Haris, Pakistanın “Gənclərin Müdafiəsi üzrə Şəbəkə” təşkilatının sədri Fsahat ul-Həssənin spiker qismində qatılıblar.
NAYORA Baş katibinin moderatorluğu ilə keçən müzakirələrdə gənclər və gənclər təşkilatlarının iştirakı ilə fəal vətəndaşlığın prinsipləri ətrafında müzakirələr keçirilib, iştirakçılar demokratik proseslərdə gənclərin iştirakının uğurlu təşviqi üzrə beynəlxalq təcrübələrini bölüşüblər.
Konfrans ərzində iştirakçılar müxtəlif ölkələrdə gənclərlə iş üzrə innovativ yanaşmaları müzakirə edərək ideya mübadiləsi ediblər. Konfransda eyni zamanda fevralın 7-də Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri və bu seçkilərdə gənclərin iştirakı da müzakirə edilib.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları barədə maarifləndirici bukletlər paylanılır. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər növbədənkənar prezident seçkiləri ilə bağlı fəaliyyətlərinin bölgələrdə də davam etdirirlər.
Qeyd edək ki, seçki könüllüləri Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində, eyni zamanda, paytaxtda fəaliyyət göstərirlər. “Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliği, xüsusilə də seçkilərə ilk dəfə seçici kimi qatılacaq gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

