Milli ideologiyamız!
22.02.2024 [10:50]
Barışdırıcı, sülh və həmrəylik missiyasını təbliğ edir
Y.SAHİB
Hər bir xalqın vahid məram və məqsədlər ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi ilk növbədə milli ideologiyası ilə sıx şəkildə bağlıdır. Milli ideologiya qlobal səciyyə daşımaqla yanaşı hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir. Bu amil cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə bərabər, hərtərəfli tərəqqinin vacib predmetidir.
Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası mürəkkəb siyasi proseslərdən uğurla çıxıb, bu yolda xalqımızın inkişaf yoluna işıq tutub. Hələ 1990-cı illərin əvvəlində Azərbaycanın bütövlüyünün qorunmasına böyük töhfə verən azərbaycançılıq ideologiyası yeni dövrdə də öz mühüm funksiyaları ilə seçilir. Azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”, deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Ümummilli Lider
Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Ceyhun Məmmədov da bildirib ki, azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri var. O, qeyd edib ki, tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb: “Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.
20-ci əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli-azadlıq mücadiləsi və bu müstəvidə yaşadığımız faciələr həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini taleyüklü bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və taleyüklü məsələnin həllini öz üzərinə götürən ulu öndər Heydər
Əliyev qısa müddətdə tarixiliklə müasirliyin tam vəhdətinə nail oldu. Bu müstəvidə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi, Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıması uzaqgörənliklə müəyyən edildi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı”.
C.Məmmədov bildirib ki, Ümummilli Lider azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən ilk növbədə tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə edib: “Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olub. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir”.
Deputatın sözlərinə görə, ölkənin vahidliyini və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığın dövlət siyasəti halına gətirilməsi, azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi: “Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir. Azərbaycançılıq məfkurəsini cəmiyyətdə sabitlik, əminamanlığı təmin edib dövlətçiliyin stabil əsaslar üzərində tərəqqisinə geniş üfüqlər açmaqla yanaşı, digər tərəfdən öz humanist və bəşəri mahiyyəti ilə xarakterizə etmək olar.
Bir sözlə, azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

