Araşdırma: Yaş - ürək ritm pozuntusu riskini artırır
31.08.2025 [13:34]
Avropa Kardiologiya Cəmiyyətinin Konqresində təqdim olunan yeni tədqiqat göstərib ki, yaşın artması və aşağı aerobik fitnes səviyyəsi gələcək ürək-damar xəstəliklərinin xəbərçisi olan ürək ritm pozuntularının (aritmiya) əsas risk faktorlarıdır. İsrailin Xaim Şeba Tibb Mərkəzində Amit Mosesin rəhbərliyi ilə aparılan araşdırmaya 40-65 yaş arasında, sağlam və ürək simptomları olmayan 1151 nəfər qatılıb. Onların ürək fəaliyyətləri daimi elektrokardioqrafiya (Holter monitorinqi) ilə izlənilib.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, nəticələrə görə, aşağı fitnes səviyyəsi olan şəxslərdə atrial aritmiya riski əhəmiyyətli dərəcədə yüksəkdir. Yaş artdıqca, xüsusilə 50 yaşdan sonra həm atrial, həm də ventrikulyar aritmiyaların yayılması artır. Təkdəyişənli və çoxdəyişənli analizlər yaş və fitnesin müstəqil risk faktorları olduğunu təsdiqləyib.
A.Moses bildirib ki, ürək simptomlar risk barədə xəbərdarlıq edə bilər və vaxtında müdaxilə xəstəliyin gedişatını dəyişdirməyə qadirdir. O, həmçinin gəzinti, qaçış, velosiped sürmək kimi sadə aerobik fəaliyyətlərin ürək sağlamlığını qorumaqda mühüm rol oynadığını qeyd edib.
Tədqiqatçılar aritmiyanın əvvəllər çox vaxt zərərsiz hesab edildiyini, lakin artıq ürək xəstəliklərinin erkən göstəricisi ola biləcəyini bildirirlər. Bu səbəbdən, 50 yaşdan sonra aritmiya üçün müntəzəm skrininq və daha geniş araşdırmaların aparılması tövsiyə olunur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

