Ford Azərbaycan qaynar yay mövsümünə rəng qatan yeniliklərlə girir
27.07.2015 [11:03]
Müştərilər bu yay yenilənmiş avtomobillərə yeni sərfəli şərtlərlə sahib ola bilərlər.
Dünyada avtomobil istehsalında həmişə ön cərgələrdə addımlayan, innovasiyaları hər zaman dəstəkləyən Ford öz dəst-xəttinə sadiq qalmaqda davam edir. Ford bu yay dünyada, o cümlədən Azərbaycanda avtomobil sevərləri heyrətə gətirəcək bir sıra vacib yeniliklərə imza atdı.
Bunlardan birincisi illər boyu alıcılar tərəfindən təqdir edilən, komfortu və dizaynı ilə seçilən Ford Mondeo-nun tam yenilənmiş versiyasının təqdimatı oldu. Avtomobil cazibədar xarici görünüşü, interyer komfortu və innovativ texnologiyaları ilə biznes sinfinin layiqli nümayəndəsi olmağa iddialıdır. İntellektual Ford Dynamic LED fənərlər həm sürücünün, həm də qarşıdan gələn avtomobilin sürücüsünün rahatlıq və təhlükəsizliyini tam təmin edir. Rahat oturacaqlar, 2 zonalı klimat-kontrol, funksional alətlər paneli Tam Yeni Ford Mondeo-nun üstün komfortunu bir az da irəli çıxarır. MyKey intellektual açarı, avtomobilin salon opsiyalarının səsli idarəetmə sistemi olan SYNC, yoxuş qalxma zamanı avtomobilə dəstək verən təhlükəsizlik sistemi, “ölü” zonanın xəbərdarlığı, elektron gücləndirilmiş sükan çarxı və tam təhlükəsizlik paketi Tam Yeni Ford Mondeo-nu əvvəlki nəsil avtomobildən fərqləndirən yeniliklərdir. Ford Mondeo EURo NCAP təhlükəsizlik testlərində maksimum 5 ulduz qazanaraq seqmentində ən təhlükəsiz avtomobil kimi xarakteriz olunur. Avtomobil haqqında təsəvvürlərinizi yeniləmək istəyirsinizsə, Tam Yeni Ford Mondeo bu yöndə sizin ən yaxşı yardımçınız ola bilər. Avtomobili Ford Rəsmi Satış Mərkəzlərindən əldə edə bilərsiniz.
Ford model sırasındakı başqa bir yenilənən avtomobil Ford Focus-dur. 2012-ci ildə dünyada ən çox satılan avtomobil seçilən bu Ford əfsanəsi bu il yenilənmiş görkəmdə qarşınıza çıxaraq tarixi uğurunu təkrarlamağa qadir bir avtomobildir. Ön radiator barmaqlığı və arxa fənərlərin formasında daha çox nəzərə çarpan dəyişikliklər Focus-u ilk baxışdan diqqət çəkən avtomobil kimi müştəriyə sevdirir. Salona əyləşib onun rahatlığını hiss etdikdə isə bu sevgi daha da şiddətlənir. Ford Focus müasir dövrün kompakt avtomobil üçün tələb etdiyi demək olar ki, bütün opsiya və funksionallıqlarıa sahibdir. Rahat oturacaqlar, funksional sükan, sürət məhdudlaşdırıcısı, klimat-kontrol, yağışa həssas şüşəsilənlər, ön şüşənin buzdan çevik azad edilməsi, elektriklə tənzimlənən yan güzgülər, kompleks təhlükəsizliyi təmin edən müxtəlif sistemlərdən ibarət təhlüəsizlik paketi, SYNC səsli idarəetmə sistemi kimi öncül texnologiya və qənaətcil mühərrik avtomobili dinamik həyatın tələblərinə cavab verən avtomobillər cərgəsinə qoymağa imkan verir. Ford Azərbaycan yenilənmiş Ford Focus avtomobili alan müştərilərə 3 illik sığorta xərcini hədiyyə edir!
Bu yayın ən çox tövsiyyə olunan Ford modeli isə təbii ki, yay səyahətlərinin vazkeçilməz qəhrəmanı Ford Explorer-dir. Əzələli xarici görünüşü, müxtəlif yol şəraitlərində yüksək keçicilik qabiliyyəti artıq bu modeli Azərbaycan alıcılarının sevimlisinə çevirib. 3 cərgəli oturacağa malik salon və kifayət qədər geniş yük yeri və ən əsası seqmentində ən aşağı yanacaq sərfiyyatına malik Ford Explorer-in sahibi öz avtomobili ilə sözün əsl mənasında öyünə bilər. Şəhər mühitində sizi rahatlayacaq comfort, yolsuzluqda isə damarlarınızdakı adrenalini coşquya gətirən performans Ford Explorerin xarakterini tamamlayan əsas cizgilərdir. Onun sükanı arxasında əyləşərkən avtomobilin zamanı nə qədər qabaqladığının əyani şahidi olursan: bir toxunuşla rəngli sensor ekrandan bir çox salon opsiyalarının idarəolunması, SYNC səsli idarəetmə sistemi, tənzimlənən rahat oturacaqlar… Amerika əfsanəsi Ford Exploreri Ford rəsmi Satış Mərkəzlərindən cəmi 37900 AZN-dən başlayan qiymətlərlə əldə etməyə və bu yayın səyahət zövqünü Ford Explorer-lə yaşamağa tələsin!
Bütün Ford Modellərinə istehsalçı tərəfindən rəsmi olaraq 3 il və ya 100 000km zəmanət şanil edilir.
Ətraflı məlumatı Ford satış mərkəzlərindən əldə etmək olar.
Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvanlar: Xətai prospekti 36 və Zərdabi küç.78
Tel: (+994 12) 496-01-10 ; 432-97- 41
Telefon Mərkəzi: (012) 934
www.ford.az
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

