Nahar etmək zərərlidir, yoxsa faydalı?
19.10.2023 [13:00]
MÜŞFİQƏ
Nahar fasiləsi işçilərin səbirsizliklə gözlədiyi bir andır. Bəziləri dost-tanışları ilə bu fasiləni kofe içməklə dəyərləndirər, bir qisim isə mütləq yemək üçün məkanlar axtarışına çıxar, yaxud evdən özü ilə birlikdə gətirdiyi yeməyi yeməyə başlayar. Amma o yemək mütləq yeyilər. Görəsən, nahar etmək anlayışı necə yarandı? Gündə iki dəfə, yəni səhər və axşam yemək kifayət etmir? Ümumiyyətlə, nahar zərərlidirmi?
Əbəs yerə deyilməyib axı, səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver. Uzun illərdir ki, mütəxəssislər gündə iki dəfə yeməyə çalışın deyə tövsiyələr verirlər. Lakin əksəriyyət bu çağırışa məhəl belə qoymur. Sözsüz ki, nahar həddindən artıq olmadıqda zəruri yeməkdir. Onun zərurəti özü ilə müəyyən faydalar da gətirir. Məsələn, 20 dəqiqə beyniniz və mədəniz sinxronlaşır, iş stresindən uzaqlaşırsınız, zehni yorğunluğu atır, yeni enerji toplayırsınız. Axı bu enerjini günün sonuna qədər davam etdirməli və yarım qalan işləri bitirməlisiniz. Nahar fasiləsinin verdiyi hiss, yeyib doyma hissindən daha dəyərlidir. Yemək sadəcə əyləncə və ya sosiallaşma vasitəsi deyil. Bu da orqanizm üçün vacib bir tələbdir. Qısa fasilələr insanı tükənmişlik sindromundan qoruyur və stress səviyyələrini azaldır. Hər bir insanın müəyyən bir enerji deposu var. Gün ərzində motivasiya və balanslı enerji üçün nahar mütləqdir. Buraya qədər heç bir problem yoxdur. İndi isə keçid alaq zərərlərinə...
Daim masa arxasında oturmaq, ekrana baxmaq həm zehni, həm də bədəni yorur. Nahar fasiləsi zamanı kompyüter önündən durun və yüngül yemək üçün çölə çıxın.30 dəqiqəlik piyada gəzin. Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə, hər 4 nəfərdən biri nahara vaxt ayıra bilməyəcək qədər məşğul olduğunu, hər 3 nəfərdən biri isə masa üstü qəlyanaltılarla naharı atladığını bildirib. Bir insanın nahar üçün sərf etdiyi orta vaxt 20 dəqiqədir. Elmi araşdırmaya görə, hər 10 dəqiqədən bir 50 saniyə dincəlməyin yorğunluq hissini yüzdə 50 azaltdığı müəyyən edilib və beləliklə, nahar fasiləsinin işçi üçün nə qədər əhəmiyyətli olduğu açıq şəkildə ortaya çıxıb. Bir sözlə, araşdırmalar nahar fasilələrinin məhsuldarlığı artırmaqda necə təsirli olduğunu gördük. Nahar fasiləsi təkcə yemək deyil, həm də günün intensivliyində performansımızın aşağı düşməməsi üçün bir fürsətdir. Beləliklə, günortadan sonra özünüzü yorğun və ya yuxulu hiss etmək əvəzinə, özünüzü daha fit hiss edəcəksiniz. Çətin günlər keçirdiyiniz zaman nahara çıxmaq sizə həqiqətən də rahatlıq verir. Qidanızı alıb, bir küncdə gözdən uzaqda sakitcə yemək yeməklə enerjinizi və psixologiyanızı tənzimləyəcəksiniz. Artıq saatlar 13:00 göstərir. Nahar vaxtıdır! Bu fasilədə həm də ruhunuzu qidalandırın! Çöldə təmiz hava sizi gözləyir.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

