Şuşa nisgilli rəssam...
07.08.2024 [12:29]
Toğrul Nərimanbəyovun doğum günüdür
Yeganə BAYRAMOVA
Onun rəssam kimi yaradıcı istedadı hələ Vilnüsdə təhsil aldığı illərdən parlamağa başlamışdı. Monumental rəssamlıq üzrə təhsil alırdı. Bu sahədəki hüdudsuz yaradıcı imkanlar onu novatorluğa həvəsləndirirdi. Gənc rəssam işlədiyi mövzuların bədii həllinə başqa prizmalardan yanaşaraq tədricən öz fərdi üslubunu formalaşdırırdı.
Rəssamlıqla yanaşı, musiqi ilə də ciddi şəkildə məşğul olmuşdu. Vokal sənətinin incəliklərinə peşəkar səviyyədə yiyələnmişdi. Gözəl səs tembrinə malik idi. Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməyi sevirdi.
1930-cu ilin avqustunda Bakıda dünyaya gələn T.Nərimanbəyovun yaradıcılığında Bakı mənzərələri, Azərbaycanın ayrı-ayrı regionlarının özünəməxsusluqları xüsusi yer tutur. Sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından cəmi üç nəfəri SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülmüşdü. Onlardan biri Mikayıl Abdullayev, digəri Tahir Salahov, üçüncüsü isə məhz Toğrul Nərimanbəyov idi.
Fransada Vətən ruhu
Görkəmli rəssam uzun illər idi ki, Fransada yaşayırdı. Vətəndən köçüb getməsi isə ötən əsrin 80-ci illərinin axırlarında şəxsi həyatında baş verən gözlənilməz hadisələrlə bağlı olub. Bunu yaxınlarından gizlətsə də, portretini çəkdiyi parapsixoloq Tofiq Dadaşovdan gizlədə bilməyib. Parapisixoloqun “Məşhursunuz. Daha məşhur olacaqsınız. Amma böyük çətinliklərlə üzləşəcəksiniz. Vətəndən uzaq düşüb bütün dünyanı dolaşacaqsınız”- sözlərindən bir müddət sonra ailəliklə Moskvaya, sonra Amerikaya, oradan da Lüksemburqa və Fransaya köçüb. Böyük çətinliklərlə üzləşsə də güc tapıb Parisdə qərarlaşa bilib. Hətta bu şəhərin nüfuzlu sərgi salonlarından birində - “Konven de Kordelyer” salonunda möhtəşəm fərdi yaradıcılıq sərgisini də açıb.
Azərbaycanın bütün gözəlliklərinin tərənnüm olunduğu sərgi hamını heyran qoymuşdu. Amerikanın Priston Universitetinin professoru Berit Zeyzinker rəssamın 40 əsərini əldə edərək Priston şəhərində onun adına sərgi salonu yaradıb. Dünyanın bir çox ölkələrində sərgiləri keçirilən rəssamı tamaşaçılar həm də opera müğənnisi kimi tanıyırlar. Ötən əsrin sonralarından başlayaraq o, maraqlı konsert proqramları ilə nüfuzlu səhnələrdə görünür. Onu rəssam kimi sevənlər artıq müğənni kimi də sevib dəyərləndirməyə başlayıblar.
Şuşa həsrəti...
Dünya şöhrətli rəssamın babası və atası şuşalı olub. Düşmən əlində qalan torpaqlarımıza bir neçə əsər də həsr etmişdi. 2009-cu ildə müsahibələrinin birində Şuşaya qonaq kimi yox, oranın sahibi kimi gedəcəyini bildirmişdi: “Şuşa bizim torpağımızdır, bizimdir, bax bunu dünyaya çatdırmalıyıq... Şuşa qaytarılsa, gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram....
Şuşa bizim möcüzəmizdir. Şuşanı unutmaq, oranın gözəl təbiəti üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt tapan kimi ilk növbədə Şuşaya gedib Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus olduğunu yaxşı bilir. Torpaqlar öz yiyəsinə qaytarılmalıdır”.
Bu gün dahi sənətkarın böyük fəxarət hissi ilə bəhs etdiyi Şuşamız azaddır. Belə bir məqamda görkəmli rəssamımızın həyatda olmaması təbii ki, hər birimizə duyğulu, ancaq bir o qədər də qürurverici hislər yaşadır.
Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdi. Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verirdi. 2000-ci ilin avqustunda Toğrul Nərimanbəyov Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilmişdi. 2010-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Sərəncamı ilə rəssam “Şərəf” ordeni ilə mükafatlandırıldı. 2013-cü ilin 2 iyun günü böyük sənətkar 82 yaşında dünyadan köçdü və bütün ömrü boyu axtarışında olduğu əbədiyyət zirvəsinə qovuşdu.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

