Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub
20.10.2024 [22:27]
Azərbaycan, Pakistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran və Tacikistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı, Berlin şəhərinin Zehlendorf meriyasının və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Nəsrəddin - ailə festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, Zehlendorf meriyasının binasında təşkil olunan festivalda Azərbaycanın Almaniyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan stenddə ölkəmizin tarixi, mədəniyyəti, milli-mədəni irsi və adət-ənənələri barədə ətraflı məlumat verilib.
Festivalın açılış mərasimində qeyd olunan ölkələrin diplomatları, Berlin şəhərinin Steqlitz-Zehlendorf rayonunun meri xanım Maren Şellenberq, Berlin şəhər parlamentinin təhsil komitəsinin sədri Sandra Xalatbari və Almaniya Xarici İşlər Nazirliyinin media və mədəniyyət şöbəsinin müdiri Yens Vaqner çıxışlar edib, dost xalqların milli mədəniyyətlərinin Almaniyada tanıdılması və təbliği, ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından belə tədbirlərin önəmini vurğulayıblar.
Çıxışlardan sonra ölkələrin milli-mədəni irsini və adət-ənənələrini əks etdirən stendlərə baxış keçirilib. Festivalda Molla Nəsrəddinə aid müxtəlif dillərdə çap olunmuş kitablar sərgilənib, iştirakçı ölkələrin milli mədəniyyətlərinə dair təqdimatlar edilib, azyaşlı iştirakçılar arasında maraqlı stolüstü oyunlar təşkil olunub.
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Xarıbülbül Azərbaycan Mədəniyyət Evinin üzvləri Xəyalə Çiftçi, Pərvanə Aslanova və Lalə Məmmədova milli mədəniyyətimizin təbliğ olunduğu stenddə iştirakçılara ölkəmizlə bağlı məlumat verib, onların suallarını cavablandırıblar. Mədəniyyət Evinin şagirdləri Azərbaycan milli geyimlərini iştirakçılara təqdim ediblər. Xarıbülbül Mədəniyyət Evinin nəzdində Səid və Əzizə İbrahimlinin rəhbərliyi ilə fəaliyyət göstərən “Ritm” rəqs qrupunun ifasında “Qarabağ” rəqsi tamaşaçılara təqdim edilib.
Festivalın qalibləri Azərbaycanın və digər təşkilatçı ölkələrin səfirlikləri tərəfindən milli atributları əks etdirən hədiyyələrlə təltif olunublar.
Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri də təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

