Qəbələdə musiqi bayramı: “Qış nağılı” II Beynəlxalq Festivalı yekunlaşdı
09.02.2026 [12:26]
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başa çatıb.
2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən “Qış nağılı” festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 5-də başlayan festival çərçivəsində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim edilib. Vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, autizmli pianoçunun konserti, Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı izləyicilərin ürəyincə olub.
Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti keçirilib. Mərasimdə Leyla Əliyeva, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.
“Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri səsləndirilib, İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxıb.
Konsertə başlamazdan əvvəl ispan və Azərbaycan musiqiçilərinin yaradıcılığı barədə qısa məlumat verilib. Bildirilib ki, dünya şöhrətli flamenko pianoçusu və bəstəkar Andres Barrios klassik musiqi təhsili alıb. Caz musiqisi sahəsində dərin biliklərə yiyələnən sənətçi eklektik və yenilikçi yaradıcılıq üslubu ilə seçilir. Onun musiqisi XXI əsr flamenkosunun cəsarətli və müasir ifadəsi kimi, müxtəlif dünya musiqi üslublarını ustalıqla birləşdirir.
Diqqətə çatdırılıb ki, konsertdə iştirak edən azərbaycanlı musiqiçi, tarzən İbrahim Babayev hər zaman özünəməxsus eksperimentləri ilə seçilməyi bacarır. O, muğam ənənələrinə əsaslanaraq, onlara elektron və çağdaş musiqi elementlərini əlavə edir. Pianoçu Nicat Aslanov isə muğam, etnocaz və müasir cazın sintezinə əsaslanan bir yaradıcılığa sahibdir.
Konsertdə Andres Barriosun ifasında “Ecdysis”, “Meraki”, “Noche Andaluza”, “İsbilya”, “La Colombiana” və ispan xalq nəğmələri səsləndirilib. İspaniyalı rəqqasə Cristina Cazorla və rəqqas Javier Morenonun təqdim etdikləri flamenko rəqs kompozisiyaları, həmçinin tarzən İbrahim Babayevin pianoçu Andres Barriosla birgə ifa etdiyi muğam və flamenko improvizələr, xalq mahnısı “Yaylıq” tamaşaçılara böyük zövq verib.
Yekun konsertində, həmçinin tanınmış azərbaycanlı pianoçu və caz bəstəkarı Nicat Aslanovun və caz triosunun üzvləri Fuad Cəfər (bas gitara) və Həsən Bilalovun (zərb alətləri) ifasında solo performans və flamenko improvizələri təqdim olunub.
Beləliklə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:08
YAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01

