“Əziz Əliyev-115” miniatür kitabının ikinci nəşri çapdan çıxıb
30.06.2015 [10:19]
Respublika “Kitab” cəmiyyəti tərəfindən rus dilində hazırlanan “Əziz Əliyev-115” miniatür kitabının ikinci nəşri “İndigo” mətbəəsində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi yazıçı-publisist, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur. Miniatür kitab poliqrafik tərtibatı ilə oxucuların diqqətini cəlb edir və 232 səhifədən ibarətdir.
Əziz Əliyevin yaxınlarının, doğmalarının, onu tanıyanların xatirələri əsasında yazılmış miniatür kitab V.Belinskinin “Tərbiyə böyük işdir, insanın taleyini o həll edir” kəlamı ilə başlanır.
Kitabda Əziz Əliyevin boya-başa çatdığı ictimai-siyasi mühitin mənzərəsi qısa, lakin konkret faktlar və maraqlı epizodlar əsasında oxucuya çatdırılıb. Vurğulanıb ki, Əziz Əliyevin dünyaya göz açdığı Məmmədkərim Kərbəlayı Qurbanəli oğlu və Zəhra xanımın ailəsi çox qonaqpərvər olub və İrəvanın ziyalı mühitinin nümayəndələri tez-tez onların evinə gəliblər. Diqqətə çatdırılıb ki, Əziz Əliyev gənc yaşlarından millətlərarası ayrı-seçkiliyi, daşnak dəstələri tərəfindən azərbaycanlılara qarşı zorakılığın cəzasız qalmasını, zəmanəsinin “bulanıq suda” geosiyasi ssenarilərinin acı nəticələrini görüb və yaşayıb. Qarşısına çıxan çətinliklər, o cümlədən maddi sıxıntı, atasının vəfatı, Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyaraq İrəvana qayıtması, ailənin Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndinə, daha sonra İran Azərbaycanına köçməsi, anası Zəhra xanımın orada vəfatı, ailənin Naxçıvana dönməsi və digər hadisələr Əziz Əliyevi mənən sındırmayıb, onda çətin anlarda qətiyyətli addım atmaq keyfiyyətini aşılayıb.
Tibb elmləri doktoru, professor, əməkdar həkim, məşhur pedaqoq, səhiyyə və təhsil sahəsində əvəzsiz təşkilatçı, dövlət və partiya xadimi, diplomat Əziz Əliyev Azərbaycan tarixində silinməz iz qoyub. Diplomat Azərbaycan SSR-in xalq səhiyyə komissarı (1939-1941-ci illər), Azərbaycan SSR Ali Sovetinin sədri (1941-1944-cü illər), ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi (1942-1948-ci illər), Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru - Əziz Əliyevin çalışdığı vəzifələrin natamam siyahısı belədir. Sonrakı illərdə Ə.Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub, SSRİ Ali Sovetinin deputatı seçilib. Böyük Vətən müharibəsi illərində Əziz Əliyevin Azərbaycandan İrana göndərilən missiyaya rəhbərlik etməsi onun təşkilatçılıq bacarığını üzə çıxarıb. SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1941-ci ilin sentyabrında polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşdirilmiş 47-ci ordunun hərbi şurasının üzvü təyin edilib. Orada olduğu təxminən yarım il ərzində Əziz Əliyevin başçılıq etdiyi missiya məsul vəzifələr yerinə yetirib.
Miniatür kitabın “Səkkiz il dağlar ölkəsində” bölməsi Əziz Əliyevin Dağıstandakı ictimai-siyasi fəaliyyətinə həsr olunub. Vurğulanıb ki, Əziz Əliyev faşist qoşunlarının irəliləməsinə yol verməmək üçün qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirib və bu çoxmillətli diyarın əhalisini öz ətrafında sıx birləşdirə bilib.
“Böhtan” bölməsində 1950-ci ildə Əziz Əliyevin Bakıya - Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət edilməsindən, respublika rəhbərliyinin ona qısqanc münasibəti nəticəsində vəzifədən kənarlaşdırılmasından danışılır. Bildirilir ki, mənəvi terror Əziz Əliyevi sındırmayıb. O, optimistliyini, həyatsevərliyini itirməyib və tutduğu vəzifədən asılı olmayaraq öhdəsinə düşən işləri vicdanla yerinə yetirib.
Əziz Əliyevin xarakterini səciyyələndirən xüsusiyyətlər nəşrdə akademik Mustafa Topçubaşovun, yazıçı İmran Qasımovun, şairlər Süleyman Rüstəmin, Rəsul Həmzətovun, oğlu Tamerlan Əliyevin və başqalarının xatirələri əsasında diqqətə çatdırılıb.
Miniatür kitabda 25 fotoşəkil yer alıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44

