/ / “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda milli azlıqlara həsr olunmuş festival keçirilib
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda milli azlıqlara həsr olunmuş festival keçirilib
20.04.2016 [10:17]
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda festival keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir həm də “Multikulturalizm ili”nə həsr olunub.
Yaşı yüzillərlə ölçülən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu bu dəfə ölkəmizdə yaşayan milli azlıqların ixtiyarına verilib. Qubanın Xınalıq kəndindən xınalıqlılar, Qırmızı qəsəbədən dağ yəhudiləri, Qusardan ləzgilər, Lənkərandan talışlar, Zaqatala-Balakəndən avarlar, saxurlar, ruslar, ingiloylar və digər etnik xalqların nümayəndələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan festivalda mədəniyyət, tarix, dini inanclar, folklor, kulinariya, musiqi və müxtəlif sənət nümunələrini nümayiş etdiriblər. Festivalda həmçinin kitablar, müxtəlif sənət nümunələri, tikmələr və geyimlər sərgilənib. Ölkəmizdə dostluq-qardaşlıq şəraitində yaşayan bu insanlar adət-ənənələrini olduğu kimi qoruyub saxlaya biliblər. Bu da Azərbaycanda tolerant mühitin hökm sürdüyünün əyani sübutudur. Azərbaycan çoxmillətli ölkədir. Buradakı etnik rəngarənglik muzeyi xatırladır.
Festivaldan sonra 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə toplantı olub. Tədbirdə ölkəmizdə tarixi abidələrin qorunması, təmir-bərpa olunması, yeni qoruqların yaradılması və bu sahənin inkişafı üçün atılan addımlardan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə də geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə təqdim etdiyi zəngin mədəniyyət nümunələrinin bəziləri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası ilə bağlı ciddi işlər həyata keçirilir. Ölkə başçısının sərəncamları ilə Azərbaycanda yeni qoruqlar yaradılır, tarixi yerlər, abidələr aşkar edilərək bərpa olunur. Bildirib ki, Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasında və tanıdılmasında Heydər Əliyev Fondunun da böyük payı var. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür.
Əbülfəs Qarayev, həmçinin vurğulayıb ki, indi Şəki şəhərində yerləşən tarixi abidlərin UNESCO-nun mədəni irs siyahısına salınması üçün müvafiq işlər həyata keçirilir. Növbəti illərdə isə Naxçıvan şəhərində yerləşən tarixi və memarlıq abidələrinin bu siyahıya salınması üçün addımlar atılacaq.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ölkəmizdə azsaylı xalqların mədəniyyətinə, adət-ənənələrinə verilən qiymətin daha bir bariz nümunəsidir. Bildirib ki, bu il Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü əvvəlki illərdən daha geniş və fərqli şəkildə qeyd olunur. Bu tədbirlər sırasında ölkəmizin mədəni müxtəlifliyinin nümayiş olunmasına da böyük diqqət ayrılıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin dünya ölkələrinə örnək olduğunu vurğulayıb. Bildirib ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu universitetlərin sayı da get-gedə artmaqdadır. Burada Azərbaycan multikulturalizminin təbliği ilə yanaşı, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi həyata keçirilir.
Daha sonra AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Alban-Udin icmasının sədri Robert Mobili çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəniyyətinə və adət-ənənəsinə olan diqqət və qayğıdan danışıblar.
Sonda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın mədəni irsinin tədqiqinə görə” AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev təltif olunub. Həmçinin, Abşeron rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova və Xınalıq Dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun əməkdaşı Həsən Ağayevə nazirliyin fəxri fərmanı və pul mükafatları təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

