Bakıda “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılıb
25.04.2016 [09:12]
Aprelin 22-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibətilə, təsviri incəsənətimizin təbliği, görkəmli rəssamlarımızın yaratdıqları nadir sənət incilərinin nümayişi məqsədilə təşkil edilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycana etimadının və ölkəmizdəki multikultural mühitə verdiyi dəyərin göstəricisidir.
Ə.Qarayev deyib ki, Qlobal Forum mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacaq. Tədbir çərçivəsində faydalı əlaqələrin qurulması məqsədilə keçirilən toplantılar forumun məqsədlərini genişləndirmək üçün mövcud və gələcək tərəfdaşlar arasında əməkdaşlıq imkanlarının tədqiqi baxımından da əlavə imkan yaradacaq.
Sərginin əhəmiyyətindən danışan nazir vurğulayıb ki, burada 80 rəssam və heykəltəraşın 150-dək əsəri nümayiş olunur. Sərgi forumun mədəni proqramını açıq elan edir və bu proqrama aprelin 27-də Heydər Əliyev Sarayında təşkil olunacaq müxtəlif sivilizasiyalara həsr olunmuş konsert proqramı ilə yekun vurulacaq.
Nazir tədbirdə iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Nasir Əbdüləziz Əl-Nasir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mədəniyyətlərarası və dinlərarası dialoqa ayırdığı diqqətə və töhfələrə görə xüsusi minnətdarlığını bildirib.
O deyib: “Biz alyansda daha irəli addımlar atacağımıza əminik. Bu alyans böyük anlaşma və əlaqə yaratmaq üçün əhəmiyyətli platformadır. Bu, həmçinin sülh və təhlükəsizliyin təbliği üçün yeni perspektivlər vəd edir. Mədəni müxtəliflik incəsənətin ifadəsi ilə daha geniş yayılır. Bu sərgi çox gözəl nümunədir. BMT dialoqun sülh üçün gözəl vasitə olduğunu göstərmək üçün yaradılıb. Müxtəlifliyi təbliğ etmək, fikir azadlığı, bir-birini yaxından tanıma, tolerantlıq, qarşılıqlı anlaşma, digərinə hörmət bizim BMT-də işimizin əsasını təşkil edir. Muzey Mərkəzinin incəsənət adamlarının fikirlərinin təzahürünü göstərmək üçün beynəlxalq məkana çevrilməsini görmək məni çox sevindirir. İncəsənət sülhün və anlaşmanın çiçəklənməsi üçün vasitədir. Bu sərgi böyük nailiyyətdir”.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi deyib ki, təhsil, gənclər, media və miqrasiya alyansın əsas sütunlarıdır. “Biz təhsil vasitəsilə bir sıra proqramları inkişaf etdirməyə ehtiyac duyuruq. Bunlar hörməti və dini müxtəlifliyi daha da ruhlandırır. Bu, eləcə də ədalətsizlik, ksenofobiya və bir sıra başqa təhdidləri ciddi müzakirə etməklə həlli yollarının araşdırılmasına vasitədir. Onu da qeyd edim ki, mədəniyyət, incəsənət, əyləncə, musiqi, və idman qoruyucu diplomatik vasitələrdir”, - deyə Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb.
Ali nümayəndə sərginin təşkilatçılarına təşəkkür edərək deyib ki, bu gün nümayiş olunacaq gözəl sənət nümunələri Azərbaycan milli incəsənətinin təbliğinə yeni töhfələr verəcəkdir.
Tədbirdə Xalq rəssamları Fərhad Xəlilov və Ömər Eldarov çıxış edərək forum çərçivəsində təşkil olunan Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin böyük əhəmiyyət daşıdığını söyləyiblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Aprelin 28-dək davam edəcək sərgidə nümayiş olunan plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla incəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, XX əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər böyük maraq doğurub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

