Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub
19.10.2017 [10:23]
Simpoziumda 20-dən çox ölkənin mütəxəssisləri iştirak edir
Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.
Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib.
Bildirib ki, bu tədbirin tarixi 30 il əvvəl - 1983-cü ildə Bakıda YUNESKO-nun himayəsi ilə keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziuma gedib çıxır. Bundan öncəki simpoziumun YUNESKO-nun baş qərargahında - Parisdə keçirildiyini deyən nazir vurğulayıb ki, qeyd edilən tədbir görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illiyinə həsr edilmişdi. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və ölkəmizdə dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaradılmasından söz açıb.
Qeyd edilib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.
Xalçaçılıq sahəsində əldə olunan uğurlardan söz açan nazir deyib ki, Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib.
Bildirilib ki, simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan elmi araşdırmalardan bəhs edib: “Azərbaycan dünyada aparıcı xalçaçılıq mərkəzlərindən biridir. Xalça sənəti AMEA-da bir neçə istiqamətdə öyrənilir və tədqiq edilir. Son illər akademiyanın alimləri tərəfindən bu yöndə mühüm işlər görülərək sanballı elmi əsərlər nəşr edilib. Simpoziumda ən aktual xalçaçılıq məsələləri müzakirə ediləcək, bu sahədə yeni tədqiqat əsərlərinin hazırlanmasına, elmi araşdırmaların aparılmasına təkan verəcək”.
Tədbirdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bütün iştirakçıları dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, belə bir tədbirin təşkil olunmasına görə, Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürünü bildirib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, ötən ildən başlayaraq burada “Xalçaçı günü” qeyd edilir.
İCOC-un Akademik Komitəsinin sədri Alberto Boralevi deyib ki, simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirib. Burada iki gün ərzində bu sahədə baş verən yenilikləri müzakirə etməklə yanaşı, xalçaçılıq sənətinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılacaq. “1983-cü ildə Bakıda keçirilən xalçaçılıq üzrə beynəlxalq tədbir Sovet İttifaqı dövründə müxtəlif respublikaları təmsil edən Şərq xalça mütəxəssislərinin öz qərbli həmkarları ilə bir araya gələrək görüşməsi üçün ilk fürsətlərdən biri idi. Bu xoşbəxtlik mənə də nəsib olub. Sevinirəm ki, 34 ildən sonra yenidən Bakıdayam və o dövrdən tanıdığım bir çox xalçaçı mütəxəssislərlə bir aradayam”.
Qonaq əlavə edib ki, builki simpozium üçün seçilmiş “Ənənələr və İnnovasiyalar” yarımbaşlığı çox cəlbedicidir və təkcə Azərbaycanda deyil, bütün dünyada əl ilə xalça toxuma sənayesinin mövcud mürəkkəb vəziyyətini əks etdirir. İnanırıq ki, aparılacaq müzakirələr, xalça tarixi və istehsalının müxtəlif cəhətləri barədə diskussiyalar yeni nəsil toxucular üçün çox faydalı olacaq.
Azərbaycanda toxuculuğun tarixindən danışan İCOC İcraiyyə Komitəsinin sədri Vandel Svan xalqımıza məxsus xalça nümunələrinin dünyada böyük maraqla qarşılandığını qeyd edib. Bildirib ki, bu coğrafiyada xalçaçılığın qədim ənənələri Azərbaycan xalqına məxsusdur.
Sonra İslam İncəsənət Muzeyinin elmi işçisi, “Hali Publication Limitet” şirkətinin direktoru Maykıl Fransis “Qafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları” adlı kitabı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edib. Bildirib ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü, Azərbaycanda xanlıqlar və XIX əsr Azərbaycan xalça sənəti haqqında geniş məlumatlar yer alıb. Kitabda 300-dək tikmə nümunələri haqqında məlumatın olduğunu deyən Maykıl Fransis diqqətə çatdırıb ki, hazırda dünyanın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin ən qədim nümunələri qorunub saxlanılır.
Natiq simpoziumun əsas tərəfdaşlarından olan “Halı” jurnalının yaranma tarixi haqqında geniş məlumat verib.
Simpozium akademik sessiyalarla işini davam etdirib. Mövzusu “Dizayn və rəng”, “Təsviri incəsənətdə və memarlıqda xalça nümunələri” olan sessiyalarda ən aktual məsələlərə toxunulub, müzakirələr aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.
Simpozium oktyabrın 21-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

