Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilib
23.12.2017 [10:06]
Dekabrın 22-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası komissiyanın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq komissiyada müxtəlif dövlət qurumlarının üzvlərinin təmsil olunduğunu bildirib. Komissiya üzvlərinin təsdiq edilməsi ilə bağlı ölkə rəhbərinin müvafiq Sərəncamını komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu vurğulayıb.
Ə.Qarayev diqqətə çatdırıb ki, 2015-ci ildə Bakıda keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib.
“Bu il komissiyanın işi kifayət qədər zəngin olub. Biz istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlərin təşkilində yüksək səviyyədə iştirak etmişik. Milli Komissiyanın ikinci iclası Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyi ərəfəyə təsadüf edir. Bizim üçün xoşdur ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də bu tədbirə qatılıb. Bildiyiniz kimi, Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” olub. Biz o zaman nəinki İslam dünyasına, həm də bütün dünyaya bir daha tolerant, sülhsevər və İslam dəyərlərinə yüksək hörmətlə yanaşdığımızı sübut etdik. Paytaxt Bakıda və ölkəmizin müxtəlif bölgələrində yüzlərlə tədbir keçirildi. Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edildi. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. İnanıram ki, Naxçıvan bu missiyanın öhdəsindən yüksək səviyyədə gələcək”.
Son zamanlar ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının gördüyü işlərə toxunan nazir deyib ki, Milli Komissiyanın saytı yaradılıb. Ölkəmizin bayrağı ISESCO-nun keçirdiyi bütün tədbirlərdə birinci sırada dalğalanır. “Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin İslam dünyasına, mədəniyyətinə inteqrasiya prosesləri çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər”.
Tədbirdə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycan ilə ISESCO əlaqələrindən danışıb. “Azərbaycanla ISESCO arasında əlaqələr olduqca yaxşı inkişaf edib. Azərbaycan ISESCO-ya üzv qəbul edildikdən bu günədək çox böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həmişə bizə böyük dəstək göstərib. Biz əlaqələrimizdən və nümunəvi tərəfdaşlıqdan məmnunluq hissi duyuruq. Mən Bakıda hər dəfə olanda yeni-yeni dəyişikliklərin şahidi oluram. Ölkənin bütün həyatında inkişaf var. Bu da ölkə başçısının uğurlu, düşünülmüş siyasətinin nəticəsində ərsəyə gəlib. Dünyada elə bir tendensiya mövcuddur ki, müsəlman dövlətləri ilə bağlı mənfi rəy yaradılır. Bütün bunlara sədd çəkməliyik. Azərbaycan bizim müasir müsəlman aləminin mirvarisidir. Azərbaycanın getdiyi yol sabitlik, inkişaf yoludur. İslam dünyası bu ölkədən çox şeylər götürə bilər”.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov 2018-ci ildə “İslam dünyasının paytaxtı” kimi Naxçıvanda keçiriləcək tədbirlərdən danışıb və hazırlıq işləri ilə bağlı geniş məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvanın 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sədrlik edir. Təşkilat Komitəsinin ilk iclası da keçirilib.
“Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Naxçıvanda 200-dən çox məscid və 25-dən çox ziyarətgah var. Reallaşan çoxsaylı layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Yeni məscidlər tikilib, bir sıra məscidlər və tarixi abidələr yenidən bərpa olunub. Bu layihələr 2018-ci ildə İslam aləminə təqdim olunacaq, İslam dünyasının diqqətini Naxçıvana cəlb edəcək. İlk olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanıb. Muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitablar nəşr olunur. Bununla bərabər, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmləri hazırlanır. İslam mədəniyyətinə dair abidələrdən Möminə Xatun türbəsi, Yusif Hüseynoğlu, Gülüstan türbələri və Qarabağlılar türbə kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb, sənədlər aidiyyəti üzrə təqdim olunub”.
Tədbirdə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” çərçivəsində görüləcək işlərdən söz açıblar.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESKO üzrə Milli Komissiyanın baş katibi Vasif Eyvazzadə Azərbaycan Milli Komissiyasının saytını tədbir iştirakçılarına təqdim edib.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə “Naxçıvan-Şərqin əfsanəsi” kitabını təqdim edib.
İclasda 2018-ci ildə Azərbaycanda “Bakı prosesi”ni on illiyi ilə bağlı hazırlıqlar, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” günlərində turistlərin ölkəmizə cəlb olunması məsələsi, həmçinin yeni yaradılan sayta bu çərçivədə məlumatların yerləşdirilməsi müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

