/ / Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
26.05.2018 [07:38]
Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın moderatoru Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Loran Pultye tədbirin əhəmiyyətindən danışaraq sözü Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimova verib.
Rəşad Kərimov müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirərək, Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyimizin qorunub saxlandığını və möhkəmləndiyini vurğulayıb. O, müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin müqayisəli təhlilini verərək, hər dəfə müstəqilliyimizin çətin əldə edildiyini diqqətə çatdırıb. Rəşad Kərimov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, xalqımızın ermənilər tərəfindən soyqırımı aktlarına məruz qalması barədə də məlumat verib.
Tarix elmləri doktoru, AMEA-nın Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə AXC-nin nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən söz açıb.
Paris Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin tədqiqatçısı, tarixçi Jorj Mamulya 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti, Paris Sülh Konfransına gələn nümayəndə heyətinin fəaliyyəti və Cümhuriyyətin tanınması istiqamətində onun səyləri ilə bağlı Fransa arxivlərindəki sənədlər və məlumatlardan danışıb.
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında ərazi məsələsindən bəhs edib. O, Azərbaycanın sərhəd məsələsində tarixi-etnik prinsipdən çıxış etdiyi halda, Ermənistanın “ermənilərin yaşadığı torpaqlar erməni torpağıdır” prinsipinə üstünlük verdiyini bildirib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərinə toxunub. O, bu səbəblərin arxasında sovet bolşeviklərinin geosiyasi maraqlarının dayanmasından, müttəfiqlərin (İngiltərə, Fransa və İtaliya) gənc demokratik respublikanı dəstəkləməməsindən, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı rus arxivlərindəki materiallardan danışıb. Səfir, həmçinin Ermənistanın Qarabağda, Zəngəzurda və Naxçıvanda erməni separatçılarını dəstəkləməsindən bəhs edib.
Fransa Senatının üzvü Alən Uper Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlardan, xüsusilə də qadınlara səsvermə hüququ verməsindən danışıb. O, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı Əhmədiyyə Cəbrayılovdan da bəhs edib.
Deputat vaxtilə Ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin apardıqları siyasət nəticəsində yenidən möhkəmlənən Azərbaycanda mövcud dini harmoniya və gender bərabərliyinin təşviqinin onun diqqətini xüsusi cəlb etdiyini bildirib. Qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri mehriban ailə kimi yaşayır. Bu, Azərbaycan dövlətinin əsas uğurlarından biridir.
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Nərgiz Axundova və tədqiqatçı Edit İber Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət, yaradıcılıq və nəşrlər haqqında danışıblar.
“MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin keçmiş direktoru Boqdan-Qaden-Firçak Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib. O, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu vurğulayıb.
Yazıçı Jan-Pyer Allali ölkəmizdəki multikultural ənənələrdən danışıb.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdən sonra iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini əks etdirən sərgi tədbir iştirakçılarının marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21

