Heydər Əliyev Sarayında Bülbülün 120 illik yubileyi qeyd edilib
09.06.2018 [09:03]
İyunun 8-də Heydər Əliyev Sarayında Azərbaycan professional vokal məktəbinin banisi, Xalq Artisti, Dövlət mükafatı laureatı Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi və Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyasının səsləndirilməsi ilə başlanıb.
Yubiley gecəsində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölməz sənətkarın keçdiyi ömür yoluna nəzər salıb və geniş səs diapazonuna malik, ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələrini üzvi şəkildə birləşdirmiş Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ecazkar səsi ilə könül oxşayan bu böyük opera müğənnisi Azərbaycanın dilbər guşəsi Şuşada dünyaya göz açıb. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında əsas partiyaları ifa edib. 1927-ci ildə Konservatoriyanı bitirərək təhsilini dövlət xətti ilə İtaliyanın Milan şəhərində davam etdirib. 1931-ci ildə Vətənə qayıdıb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Azərbaycan professional vokal məktəbinin banisi olan Bülbül gənc ifaçıların yetişməsinə böyük əmək sərf edib. Hələ sağlığında ən yüksək fəxri adlar, orden və medallara layiq görülüb.
Qeyd olunub ki, hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Anadan olmasının 115 illiyi münasibətilə isə Bakıda abidəsi ucaldılıb. Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün ölməz xatirəsi xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq.
Nazir Əbülfəs Qarayev Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə isə görkəmli müğənninin 110 və 120 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra səhnəyə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və qaliblər dəvət olunublar.
Beynəlxalq münsiflər heyətinin sədri, professor Sergey Leyferkus tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, dahi sənətkar Bülbülün 120 illik yubileyi münasibətilə keçirilən müsabiqəni nadir mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Demək istərdim ki, insan nə qədər ki yaddaşlarda yaşayır, deməli, sağdır. Bugünkü müsabiqə də göstərdi ki, dahi Azərbaycan tenoru Bülbül bizimlədir. Düşünürəm ki, bu günü əziz laureatlarımız heç vaxt unutmayacaqlar. Çünki bu gün Bülbül onlara xeyir-dua verir”.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin Qran-Pri mükafatına Minə Kurtoğlu (Türkiyə), birinci yerə Anastasiya Barun (Rusiya), Georgi Çelidze (Gürcüstan), ikinci yerə Mariya Buynosova (Rusiya), Stanislav Li (Qazaxıstan), üçüncü yerə Yuliya Zasimova (Ukrayna), Umid İsrailov (Özbəkistan), Elnarə Məmmədova (Azərbaycan) layiq görülüblər. Müsabiqə iştirakçılarından Yuliya Tkaçenko (Ukrayna), Anna Şapovalova (Rusiya) və Ketevan Sixarulidzeyə (Gürcüstan) xüsusi diplom təqdim edilib. Ümid İsrailov (Özbəkistan) ən yaxşı tenor, Elza İslamova (Rusiya) Bülbül romanslarının ən yaxşı ifaçısı, Yuliya Kərimova (Azərbaycan), Sergey Semyonov (Rusiya) və Sergey Çeçetko (Rusiya) ən yaxşı konsertmeyster seçilib. Azərbaycandan olan gənc vokalçı Mahir Tağızadə isə “Ümid” diplomu ilə təltif olunub.
Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu Azərbaycan xalqının və dövlətinin dahi sənətkarın xatirəsinə göstərdiyi hörmətə görə təşəkkürünü bildirərək deyib: “Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə mədəniyyətimizin böyük təəssübkeşi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə keçirilib və o vaxtdan müsabiqə ənənə halını alıb. Mən möhtərəm Prezidentimiz İlham Əliyevə ailəmiz adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Tədbirdə Bülbülün sənət aləmindən videolentlər nümayiş olunub, sənətkarın repertuarından mahnılar səsləndirilib və ona həsr olunmuş şeirlər oxunub. Müsabiqə qaliblərinin ifaları gecəyə xüsusi rəng qatıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

